İnsan haqları qrupu Amnesty International Ukrayna şərqində rusiya tərəfdarı silahlı qrupların “edam tərzi qətl” törətdikləri barədə sübutların olduğunu bildirib. Qrup Ukrayna münaqişəsində insan haqları pozuntularının cavabdehliyinin daşınmasına cağırıb.
Amnesty International dəlillərin şərqi Ukraynada insan haqları böhranın artdığının göstəricisi olduğunu bildirib. Orada son ildir Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna təhlükəsizlik qüvvələri ilə döyüşür.
Amnesty deyir ki, onlar Ukrayna əsgəri İhor Branovitskinin rusiyapərəst üsyançılar tərəfindən ələ keçirilib sorğulandığı video görüntünü nəzərdən keçirib. Amnesty İhorun daha sonra əsirlikdə qətlə yetirildiyini bildirir.
Insan haqları qrupu həmçinin bildirib ki, əməkdaşları əsirliyi qeydə alan videoları və digər üç ukraynalı əsgərin cəsədlərinin şəkillərini görüblər. Onlar bildirib ki, baş və bədənlərinin üst nahiyələrində güllə dəlikləri olan cəsədlər Donetskdə morqda saxlanılır. Əsgərlər rusiyapərəst qüvvələr tərəfindən fevralın 12-18 arası Debaltsevoda ələ keçirilib.