Accessibility links

Ukrayna Rusiya vətəndaşlarına ölkəyə girişi məhdudlaşdırıb


Ukrayna Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata görə, dünəndən (26 noyabr) etibarən Ukrayna sərhədçiləri paytaxt aeroportlarında müxtəlif səbəblərə görə Rusiya Federasiyasının 80-ə yaxın vətəndaşını ölkəyə buraxmayıblar.

“Dünəndən etibarən paytaxt hava limanlarında 75 nəfərədən artıq Rusiya vətəndaşına müxtəlif səbəblərə görə ölkəyə giriş qadağan edilib”, Ukrayna Dövlət Sərhəd Xidməti xəbər verib.

Sərhədçilər qadağaları müvafiq və lazımi sənədlərin olmaması, habelə Ukraynaya səfərin məqsədlərinin aydın olmaması ilə əsaslandırıb.

Xerson vilayətinin başçısı Andrey Qordeyev noyabrın 27-i Ukraynadan Rusiyanın ilhaq etdiyi Krıma keçmək imkanı yaradan sərhəd keçid məntəqələrində Rusiya vətəndaşları üçün məhdudiyyətlərin qoyulduğunu bildirib. Bunlar “Çaplinka”, “Kalançak” və “Çonqar” sərhəd keçid məntəqələridir.

“Keçid məntəqələri indi Rusiya Federasiyasının vətəndaşları üçün məhdud iş rejimində işləyir. Həm oraya, həm də geri. Ukrayna vətəndaşlarına və digər ölkələrə gəldikdə, onların Ukrayna keçid məntəqələrindən hər iki istiqamətdə məhdudiyyətsiz keçmək imkanı var.”, Ukrayna Xəbər Agentliyi Qordeyevə istinadən məlumat verib.

Eyni zamanda, Kiyevin Belarus aviaşirkətləri vasitəsilə paytaxta gələn 47 Rusiya vətəndaşını deportasiya etdiyi bildirilib. Rusiya və Ukrayna arasında artıq br neçə ildir birbaşa avia uçuşlar icra edilmir.

Belarus paytaxtında sərnişinlərdən biri olan peterburqlu Darya Mernenkonun “Fontanka”ya verdiyi məlumata görə, 15 nəfərdən ibarət qrup Kiyevə noyabrın 27-də səhər saat 5 reysi ilə Belarus aviaşirkəti Belavia ilə Kiyevə yola düşüb. Kiyevdə onları bir neçə saat tranzit zonada “nə su, nə də qida təklif etmədən” saxladıqdan sonra, yenidən Minskə deportasiya ediblər. Sərhəd xidmətinin işçiləri Rusiya vətəndaşlarının xarici pasportlarına “Ukraynaya girişə qadağa” nişanı vurublar.

Putin Ukraynaya "düşünülməmiş hərəkətlərə" yol verməmək haqda xəbərdarlıq edib. Kreml, 27 noyabr, 2018.
Putin Ukraynaya "düşünülməmiş hərəkətlərə" yol verməmək haqda xəbərdarlıq edib. Kreml, 27 noyabr, 2018.

Bir qədər sonra Belarus Dövlət Sərhəd Komitəsi hava yolu ilə Ukraynaya gələn 47 rusiyalıya ölkəyə girişə qadağa qoyulmasını təsdiqləyib. Lakin onların sözlərinə görə, Ukrayna sərhəd xidməti Belarus tərəfini xarici vətəndaşların sərhədi keçməsi barədə hər-hansı bir dəyişikliklə bağlı məlumatlandırmayıb.

Noyabrın 26-ı Yuxarı Rada Ukraynada 30 günlük hərbi vəziyyətin elan edilməsini təsdiqləyib. Hərbi vəziyyət noyabrın 28-dən Rusiya və Moldovanın separatçı Dnestryanı regionu ilə sərhəd olan 10 regionunda qüvvəyə minəcək. Lakin hərbi vəziyyətin qüvvəyə minməsi barədə fərman hələ president Pyotr Poroşenko tərəfindən imzalanmayıb.

Hərbi vəziyyətin tətbiq edilməsi Kerç körfəzində baş verən insidentdən sonra təklif olunub. Ukrayna hərbçiləri noyabrın 25-i Rusiyanın ilhaqdan sonra öz ərazisi elan etdiyi ərazilərdə Rusiya hərbçilərinin onların gəmilərinə hücum edərək atəş açdığını bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, Rusiya tərəfi zirehli artilleriya katerləri olan “Berdnyansk” və “Nikopol”u gülləbaran edib. Ukrayna tərəfi isə katerlərin və buksir “Yana Kapu”un xüsusi təyinatlılar tərəfindən tutulduğunu bildirib. Ukraynanın altı hərbçisi yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Noyabrın 27-i Sevastopolda saxlanılmış dənizçilərin məhkəməsi keçirilib. Ukrayna Hərbi Qüvvələrinin verdiyi məlumata görə, gəmilərdə Ukrayna Hərbi Qüvvələrinin 2 nəfər üzvü daxil olmaqla, ümumilikdə 23 heyət üzvü olub.

XS
SM
MD
LG