Accessibility links

Kreml nüvə silahından istifadəni istisna etmir


Ukraynanın mühasirədə olan Mariupol liman şəhəri və Kyiv ətrafında şiddətli döyüşlər davam edərkən, Kremlin “ekzistensial təhlükə” olduğu halda nüvə silahından istifadə edəcəyi ilə bağlı bəyanatı Pentaqonun kəskin tənqidinə səbəb olub.

Müharibədən əvvəl 400 min əhalisi olan Mariupol xarabalığa çevrilib, minlərlə dinc sakin ölüb və çoxları isə şəhərdən çıxıb təhlükəsiz yerlərə getmək üçün yol axtarır.

Son iki həftədir Rusiya Azov dənizindəki mühüm liman və müharibənin ən qızğın döyüş meydanı olan Mariupolu ələ keçirməyə cəhd edir.

Mariupolun müdafiəçiləri şəhər uğrunda mübarizə apararkən, Ukrayna Müdafiə Nazirliyi şiddətli döyüşlərdən sonra Ukrayna qoşunlarının Rusiya qüvvələrini Kyivin yaxınlığındakı Makarivdən çıxardıqlarını bildirib.

Bu məlumat təsdiqlənərsə, belə bir irəliləyiş Ukrayna ordusuna strateji magistralda nəzarəti geri almağa və Rusiyanın Kyivi şimal-qərbdən mühasirəyə almaq cəhdlərinin qarşısını almağa imkan verəcək.

Rusiya işğalçılarının üzləşdiyi şiddətli müqavimət fonunda Kremlin sözçüsü Dmitri Peskov nüvə silahının istifadəsini istisna etməkdən imtina edib, lakin Rusiyanın bunu yalnız “ekzistensial təhlükə” ilə üzləşdiyi təqdirdə edəcəyini bildirib.

Fevralın 24-də Rusiya Ukraynanı işğal etdikdən sonra fevralın 28-də Rusiya prezidenti Vladimir Putinin ölkənin strateji nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdiyini elan etməsi qlobal həyəcana səbəb olub.

”Bizim daxili təhlükəsizlik konsepsiyamız var və bu, açıqdır. Nüvə silahından istifadənin bütün səbəblərini oxuya bilərsiniz. Ondan konsepsiyamıza uyğun istifadə olunur” - deyə, Peskov martın 22-də CNN kanalına bildirib.

Pentaqonun sözçüsü Con Kirbi Moskvanın nüvə silahının potensial istifadəsi ilə bağlı ritorikasını “təhlükəli” adlandırıb.

Kirbi iurnalistlərə ”Bu, məsuliyyətli nüvə qüdrətinin hərəkət etməli olduğu yol deyil” deyib. O, Pentaqon rəsmilərinin strateji mövqeyin dəyişməli olduğu qənaətinə gətirəcək heç nə görmədilərini bildirib.

XS
SM
MD
LG