Krasnodarda Milli Qvardiyanın yerli rəhbərliyinin OMON “Plastun” əməliyyat qrupunun komandiri Fərid Çitava və onun tabeliyində olan 11 nəfər Ukraynaya getməkdən imtina etdikləri üçün işdən çıxarılıb. Bu barədə “Aqora” beynəlxalq hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov məlumat verib.
Çikov bildirib ki, fevralın 6-dan Milli Qvardiyaçılar Krımda Zaslon 2022 təlimlərində olub və fevralın 25-də onlara Ukrayna ərazisinə getmək əmri verilib. Təhlükəsizlik qüvvələri əmri qanunsuz hesab edərək, bundan imtina edib.
“Onların birbaşa rəsmi vəzifələrinin Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşdığı üçün heç birinin yanında nə xarici pasport olub, nə də onların Rusiya ərazisini tərk etmək niyyəti olub. Onlara heç kim Ukraynada xüsusi təyinatlı hərbi hissədə iştirak etmək üçün ezamiyyətə göndərildiyini deməyib. Bu əməliyyatın vəzifələri və şərtləri barədə onlara məlumat verilməyib və nəticədə onlar buna razılıq verməyib” - deyə, “Aqora” təşkilatının rəhbəri yazıb.
İmtinadan etdikdən sonra Milli qvardiyaçılar Krasnodara qaytarılıb. Onlar rəsmi yoxlamadan keçirilib və işdən çıxarılıb. Rosqvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edib və işə bərpa olunmaları üçün məhkəməyə müraciət edib.