Accessibility links

İsrail Ukrayna və Rusiya arasında vasitəçilik səylərinə qoşulub


Moskvanın Ukraynaya qarşı müharibəsinin ikinci həftəsi İsrail Ukrayna və Rusiya arasında vasitəçilik səylərinə qoşulub.

İsrailin baş naziri Naftali Bennet bazar günü Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Mətbuatın Kremlin bu çağırışa istinadən verdiyi məlumata görə, liderlər Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatı” müzakirə edib.

Telefon söhbəti xəbəri Bennetin Rusiya lideri ilə görüşmək üçün Moskvaya getməsindən bir gün sonra gəlib. Bennet keçən ayın sonlarında Rusiiyanın Ukraynaya işğalı başlayandan bəri Putinlə şəxsən görüşən ilk xarici liderdir.

Ortodoks yəhudi olan Bennett Rusiyaya səfərini şənbə günündə, adətən yəhudilərin səyahətin qadağan edildiyi vaxt edib. Lakin İsrail ravvinləri insan həyatını xilas etmək üçün bu qaydanı pozmağa icazə verildiyini deyib.

Vətəninə qayıtdıqdan sonra Bennet səfəri barədə İsrailin Nazirlər Kabinetində danışıb. Bennett vəziyyətin ağır olduğunu və daha da pisləşə biləcəyini deyib. O, razılıq şansı çox az olsa belə, İsrailiin yardım etməyə çalışacağını bildirib.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski televiziya ilə çıxışında Ukraynaya verdiyi dəstəyə görə İsrailə təşəkkür etsə də, Bennetin Rusiyaya səfərindən bəhs etməyib. Əslən yəhudi olan Zelenski şənbə günü ABŞ prezidenti Co Baydenlə və bir neçə dəfə Bennetlə danışdığını deyib.

İsrail həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır və minlərlə ukraynalı yəhudi qaçqını qəbul etməyə başlayıb. İsrail hökuməti daha on minlərlə yəhudinin Ukraynadan çıxarılmasına hazırlaşdığını bildirib.

Lakin İsrail Ukraynaya hərbi yardım təklif etməyib.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynada təxminən 2000 israilli qalıb və İsrail hökuməti onları oradan çıxarmağa çalışır.

XS
SM
MD
LG