Rusiya 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krım yarımadası yaxınlığında Ukraynanın bir il əvvəl ələ keçirdiyi üç hərbi gəmisini geri qaytarıb.
Rusiyanın Xarici İşlər Nazirliyi bazar ertəsi açıqladığı bəyanatında təhqiqatçıların sərhədi qanunsuz keçən gəmiləri tam araşdırdıqdan sonra həmin gəmilərin bundan sonra Rusiya ərazisində qalmalarına ehtiyac olmadığına görə geri qaytarıldığı bildirilib.
Ukraynanın Müdafiə Nazirliyi veb səhifəsində iki kiçik zirehli və bir yedək gəmisinin geri qaytarıldığı barədə məlumatı təsdiq edib.
Rusiyanın Sahil Mühafizə gəmiləri içərisində 24 dənizçidən ibarət ekipajla Ukraynaya məxsus hərbi gəmiləri 2018-ci ilin noyabr ayının 18-də Ukraynanın Qara dəniz liman şəhəri Maruopoldan Azov dənizi arasındakı Kerç boğazında atəşə tutaraq, ələ keçirib.
Rusiya ilə Krım arasındakı Kerç boğazı Qara dənizdən Azov dənizinə yeganə keçid yoludur.
Yarımadanın ələ keçirilməsi və Rusiyanın Ukraynanın şərq bölgəsindəki separatistlərə dəstəyi münaqişənin baş qaldırmasına səbəb olub. İndiyədək münaqişə səbəbi ilə 13 min insan həlak olub.
Ukrayna hücumu və 24 ekipaj üzvünün olduğu gəmilərin ələ keçirilməsini beynəlxalq dəniz qanunlarının pozulması adlandırmışdı.