Accessibility links

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya işğalını pisləyən qətnaməni səs çoxluğu ilə qəbul edib


BMT Baş Assambleya çərşənbə günü səs çoxluğu ilə Rusiyanın Ukraynaya işğalını pisləyib və Moskvanı Ukraynanın bir neçə şəhərinə havadan və qurudan hücumlar həyata keçirən ordusunu dərhal və tamamilə geri çəkməyə çağırıb.

Səsvermədə 193 üzv ölkədən 181-i iştirak edib. Onlardan 141-i Moskvanı qınayan qətnaməni dəstəkləyib, biri özü olmaqla, Rusiyanın beş müttəfiqi - Belarus, Suriya, Şimali Koreya və Eritreyadan ibarət kiçik bir qrup qətnamənin əleyhinə səs verib. 35 ölkə bitərəf qalsa da, onların sayı qətnamənin qəbul edilməsi üçün lazım olan üçdə iki çoxluğa təsir etmir.

"Səsvermə Rusiya Federasiyasına güclü mesajdır" - deyə, Ukraynanın BMT-dəki səfiri Sergiy Kislitsa jurnalistlərə bildirib.

Təxminən 100 ölkə Rusiyanın ötən cümə günü Təhlükəsizlik Şurasında veto qoyduğu tədbiri təqlid edən bu ölçüyə ortaq olub. Bu səbəbdən də məsələ Baş Assambleyada müzakirəyə yol açıb.

BMT-nin Baş katib Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib ki, Baş Assambleyanın mesajı yüksək səsli və aydındır. Ukraynada hərbi əməliyyatları dayandırın - indi. Silahları susdurun - indi. Dialoq və diplomatiya üçün qapını açın - indi" deyib.

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin təcavüzünə qarşı 27 üzvünü və digər beynəlxalq ictimaiyyəti birləşdirmək üçün çsəylərini artırıb.

"Rusiya hökuməti getdikcə təklənir. Dünya onun təcavüzü dərhal dayandırmalı, qoşunlarını çıxarmalı və BMT Nizamnaməsi qaydalarına əməl etməli olduğunu bəyan edib. Rusiya təcavüzü seçdi. Dünya isə sülhü seçdi".

Ukrayna prezidenti Volodmir Zelenski tvitter səhifəsində səsverməni alqışlayıb, Ukraynaya dəstək verənlərə təşəkkür edib və onların “tarixin doğru tərəfini” seçdiklərini bildirib.

XS
SM
MD
LG