Accessibility links

Ukrayna qüvvələrini Krımdan çıxarır


Ukraynanın müvəqqəti hökuməti qüvvələrin Krımdan çıxarılmasına göstəriş verib. Qərar Rusiyanın hərbi qüvvələrinin son 3 gün ərzində 3 müxtəlif hərbi obyektin nəzarətini əlinə keçirməsindən sonra verilib.

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov bildirib ki, Müdafiə Nazirliyinə qüvvələrin çıxarılmasına dair təlimat verilib.

Bu gün səhər Rusiya qüvvələri Feodosiya limanını qumbaralar və avtomat silahlarldan istifadə etməklə ələ keçirib.

Ukraynanın Müdafiə Nazirliyinin bəyanatında iki nəfərin yaralandığı və 60-80 nəfərin nəzarət altına alındığı bildirilir.

Şənbə günü Belbek hava bazasına hücuma Ukrayna qüvvələri müqavimət göstərməyib. Rusiya qüvvələri Novofedorovkadakı hava bazasını da ələ keçirib.
XS
SM
MD
LG