Accessibility links

Oleksander Turçinov nümayişçilərə qarşı ciddi tədbirlərin görülməsi əmri verib


Ukraynanın müvəqqəti prezidenti ölkənin şərqində hökumət binalarına nəzarəti ələ alan Rusiya tərəfdarı nümayişçilərə qarşı ciddi tədbirlərin görülməsi əmri verib.

Oleksander Turçinov qanunvericilərə nümayişlərinə qarşı əməliyyata başlandığını bildirib. O deyib ki, Moskva şərqdə vəziyyəti bilərəkdən gərginləşdirir.

Prezident Viktor Yanukoviçin hakimiyyətindən devrilməsi ilə nəticələnən etiraz nümayişlərinin təşkilinə kömək edən müxalifət lideri Vitali Kliçko separatçıları regiondan çıxarmaq üçün cənab Turçinovu regiona silahlı qüvvə göndərməyə çağırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Kiyev Ukraynanın şərqində güc nümayiş etdirərsə, Moskva Cenevrədə cümə axşamına nəzərdə tutulmuş növbədənkənar beynəlxalq sammitdə iştirakını təxirə salacaq.

Qərb dövlətləri Moskvanı Ukraynanın şərqində nümayişçiləri dəstəkləməkdə ittiham edib.

Bir gün əvvəl Barak Obama Rusiya prezidenti ilə telefonla danışaraq deyib ki, Ukraynada gərgin vəziyyət davam edərsə, Moskva sərt tədbirlərlə üzləşəcək.

ABŞ prezidenti Rusiya liderini öz təsir gücündən istifadə edərək nümayişçiləri ələ keçirdikləri hökumət binalarından çıxmağa mcəbur etməyə çağırıb.

Əvəzində Vladimir Putin Barak Obamanı Ukrayna hökumətini nümayişçilərə qarşı güc tətbiqindən daşındırmağa çağırıb.
XS
SM
MD
LG