Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, rusiyapərəst separatçılar atəşkəs razılaşmasını pozmaqda davam etdikləri üçün ordu ağır silahlarını ölkənin şərqi cəbhə xəttinə geri qaytarmağa hazırdır.
Poroşenko Ukrayna ordusunun istənilən vaxt düşmənin qarşısını almağa hazır olduğunu deyib.
Bu arada Ukrayna ordu sözçüsü bildirib ki, keçən gün ərzində üç əsgər həlak olub və yeddisi yaralanıb. Son iki gün ərzində isə təlafat qeydə alınmayıb.
Poroşenko Rusiyanın addımlarına əsaslanaraq atəşkəs davam etsə belə şərqdən gələn hərbi təhdidlərin davam edəcəyini deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın şərqində ağır silahların qaldırılması istiqamətində irəliləyiş müşahidə edilib. O, Donbas regionunda humanitar yardım və konstitusional islahatlar və atəşkəsin digər aspektlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.
Cümə axşamı günü Ukrayna hərbi qüvvələri ölkənin şərqindən artilleriya silahlarını geri çəkməyə başlayıblar. Prosesə Avropadan olan nümayəndə heyəti nəzarət edib. Bu addım yaxın günlərdə bölgədə üsyançıların hücumlarında azalma müşahidə edildikdən sonra atılıb.