Accessibility links

Ukrayna parlamentində əlbəyaxa dava düşdü [Video]


Ukrayna parlamentində millət vəkilləri arasında əlbəyaxa dava olub.

Qarşıdurma Müxalifət Blokundan olan deputatlar rəyasət kürsüsünə qoyulmuş bir plakatı oradan götürmək istəyəndə başlanıb.

Viktor Medvedçuk bir çoxlarının kremlyönlü hesab etdiyi "Ukrayna Seçimi" təşkilatının rəhbəridir.

Bu plakatda Rusiya prezidenti Vladimir Putinlə bağları olduğu düşünülən başqa bir millət vəkili olan Viktor Medvedçukun mühakimə edilməsinə çağırış yazılmışdı.

Ukrayna parlamenti Verxovna Radanın spikeri Andrıy Parubiy dekabrın 20-də Xalq Cəbhəsi Partiyası və Müxalifət Bloku deputatlarının arasında ilk "yumruq mübadiləsinin” ardınca sessiyaya fasilə verib.

Dava Müxalifət Blokundan Nestor Şufrıç prezidiumdakı “Putinin agenti Medvedçuk mühakimə olunmalıdır!” şüarını götürəndə başlanıb.

Bunun ardınca Xalq Cəbhəsi Partiyasının deputatları Şufrıçə hücum edib. Onlar sözügedən plakatı yerinə qoyublar.

Viktor Medvedçuk bir çoxlarının kremlyönlü hesab etdiyi "Ukrayna Seçimi" təşkilatının rəhbəridir. O, keçmişdə Rusiya təmayüllü prezident Leonid Kuçmanın administrasiyası rəhbəri vzifəsində çalışıb.

Ötən aylarda Medvedçuk Kiyev və Ukraynanın şərqində Moskva tərəfindən dəstəklənən separatçılar arasında əsirlərin mübadiləsində səhnəarxası rol oynayıb.

XS
SM
MD
LG