Ukraynanın şərqində separatistlərlə hökumət qüvvələri arasında qarşıdurma iki ay əvvəl Belarusun paytaxtı Minskdə əldə edilən atəşkəsi təhlükəyə atıb. ABŞ-ın Ukrayna siyasətinin tənqidçiləri indi Obama administrasiyasının zorakılıqlarla müşayiət edilən atəşkəsdən əl çəkib, Rusiya ilə yeni razılıq əldə edilməsi vaxtının çatdığını deyir.
Donetskdə gedən döyüşlər və NATO-nun Rusiyanın qüvvələrini Ukraynaya yerləşdirməsini deməsindən sonra Ukrayna hökuməti separatistlərə qarşı yeni hücum planı hazırlayır.
ABŞ dövlət katibinin yardımçısı Erik Rubinin dediyinə görə, vəziyyət Minsk atəşkəsinə qayıdılması, buffer zona yaradılması və xarici döyüşçülərin Ukraynadan çıxarılması vaxtı olduğunu göstərir.
“Rusiya Federasiyası ilə məhəl qoyulmayan bir razılıq əldə edilib. Bu razılığa qayıdılmalıdır. Beləliklə gərginlikləri və zorakılıqları azaltmaq və tərəflərin qəbul edəcəyi güzətlər əldə edilməsi mümkün olacaq.”
“Dövlət Departamenti və prezidentin nəzər nöqtəsi yanlışdır
Minsk atəşkəsinin uğursuzluğuna diqqətləri cəlb edib, Ukrayna qüvvələrinə silahla yardım edilməsə, zorakılıqlar heç vaxt səngiməyəcək. Bu, respublikaçı konqresmen Stiv Stokmanın fikirdir.
“Dövlət Departamenti və prezidentin nəzər nöqtəsi yanlışdır. Onlar susmağın daha yaxşı yol olduğunu düşünür. Bu, azadlıq sorağında olan Ukrayna xalqına qarşı yanlışlıqdır. Bizim prezidemtimiz isə buna əhəmiyyət vermir.”
Ukrayna prezidenti Petro Poroşenko münaqişəsinin nizamlanmasına açıq olduğunu deyib. Lakin Amerika Universitetinin professoru Keyt Darden Minsk razılığı işləmədiyi üçün digər bir razılığa ehtiyac olduğunu bildirir.
“Əgər Minsk razılığının əhəmiyyəti yoxdursa, biri-digərinə razılığı sən imzaladın deyirsə, Ukrayna hökuməti və Rusiya razılığın şərtlərinə əməl etməmiş olur. Separatistlər də eyni mövqedən çıxış edir. Əgər sülh yalnız kağızda qalırsa, diplomatik yollar axtarılırsa, bu özü problem deməkdir.”
Minsk razılığına riayət etməklə irəliləməliyik
Lakin Almaniyanın xarici işlər naziri Frank Uolter Stermeyer Minsk razılığının döyüşlərin dayandırılması üçün ən yaxşı yol olduğunu düşünür.
“Minsk razılığının hər şeyi arxada qoyacağına ümid edirdik. Biz geriyə baxmamalı, Minsk razılığına riayət etməklə irəliləməliyik. Razılığa ehtiramla, addım-addım riayət etməliyik."
Nazir məhbusların mübadiləsi və Ukrayna sərhədlərinin hərbsizləşdirilməsini nəzərdə turur.