Accessibility links

Rusiya Ukrayna məhkəməsinin sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı hökmünü tənqid edib (Yenilənib)

Rusiyanın Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda Kiyev məhkəməsinin qərarı tənqid edilərək, bunun Rusiya əleyhinə olduğu bildirilir. Bəyanatda xanım Timoşenkonun 2009-cu ildə qazla bağlı razılığa imzanı Rusiya və Ukrayna qanunlarına əsasən atdığı deyilir. İmzalama mərasimində iştirak edən Rusiyanın baş naziri Vladimir Putin isə müxbirlərə məhkəmənin çıxardığı hökmü anlamadığını deyib. O, məhkəmə hökmünün razılığa təhlükə olduğunu bildirib.

Avropa Birliyi Ukraynanın məhkəmənin sabiq baş naziri Yuliya Timoşenkoya vəzifəsindən sui-istifadə ittihamı ilə 7 il həbs cəzasına məhkum etməsi qərarına dərin təəssüf hissi keçirdiyini bildrib.

Məhkəmənin qərarını bu gün Kiyevdə açıqlayan hakim Rodion Kireyev müxalifət lideri Yuliya Timoşenkonun 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi bağlayaraq, ölkəyə 200 milyon dollar məbləğində ziyan vurduğunu deyib. Xanım Timoşenko isə dəfələrlə günahkar olmadığını deyərək, apelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

XS
SM
MD
LG