Accessibility links

Katrin Eşton Ukraynaya səfər edir


Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Katrin Eşton Ukraynaya gəlib. Burada onun Ukrayna və Avropa İttifaqı arasında daha yaxın münasibətlərin qurulmasını istəyən müvəqqəti liderlərlə görüş keçirəcəyi gözlənilir.

Müxalifət liderinin uzun zaman müttəfiqi olan parlament spikeri Oleksandr Turçinov və sabiq baş nazir Yuliya Timoşenko bazar günü parlamentdə keçirilən seçkilərdə seçkilərarası hökumətə rəhbər seçildikdən bir neçə saat sonra çıxış edib.

Turçinov çərşənbə axşamınadək yeni hökumətin təyin ediləcəyini vəd edib və qanunvericiləri mayın 25-nədək yeni seçkilər təyin etməyə çağırıb.

Kiyevdən ölkənin şərqinə, tərəfdarlarının yanına gedən cənab Viktor Yanukoviçin isə hal-hazırda harada olduğu məlum deyil.

Müxalifət partiyasının lideri Vitali Kliçko deyib ki, Yanukoviç Kiyevdə ötən iki həftədə təxminən 100 nərəf hökumət əleyhdarının ölümü ilə nəticələnən hadisələrə görə məsuliyyəti tam olaraq öz üzərinə götürməlidir.

İdeoloji baxımdan Ukrayna ikiyə - Rusiya ilə əlaqəni dəstəkləyən şərq və Avropa İttifaqı ilə əlaqələri möhkəmləndirməyə can atan qərbə bölünüb.

Rusiya Ukrayanda vəziyyətin nəzarətdən çıxmasını əsas gətirərək Kiyevdəki səfirini bazar günü geri çağırıb.
XS
SM
MD
LG