Accessibility links

Ukrayna ilə Rusiya arasında böyük məhbus mübadiləsi baş tutdu


Rusiya ilə Ukrayna arasında uzun zamandır gözlənilən məhbus mübadiləsi baş tutub və bu, Ukraynanın şərqində Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi qüvvələr arasında müharibəyə son qoyulacağına dair ümidləri artırıb.

Şənbə səhər iki avtobusun Moskvanın Lefortovo həbsxanasını tərk etdiyi görülüb. Ukraynanın dövlət emblemli təyyarəsi isə şənbə səhər Rusiya paytaxtındakı Vnukovo hava limanına enib.

Kiyevdə də bənzər hadisələrin baş verdiyi deyilir, çünki tərəflər 35 məhbusun transferi barədə razılıq əldə edib.

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev hava limanında azadlığa buraxılan ukraynalıların ailələrinə qoşulub.

Ümid edirəm ki, digər məhbuslar da yaxında azadlığa buraxılacaq. Lakin hətta ən son məhbus azad edilsə belə, bizim mübarizəmiz bitməyəcək. Qələbəyə hələ uzun yol var.
Oleq Sentsov


Zelenski məhbus mübadiləsinin 5 ildir Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların apardığı"bu dəhşətli müharibəyə" son qoymaq üçün atılan addım olduğunu söyləyib

Rusiya prezidenti Vladimir Putin də bu həftə razılıq bərədə bəhs edərkən bənzər fikirlər səsləndirib.

"Bu, münasibətlərin normallaşdırılması yolunda atılacaq yaxşı addım olacaq", Putin söyləyib.

ABŞ prezidenti Donald Tramp şənbə günü "Rusiya və Ukrayna indicə çox sayda məhbusun mübadiləsini apardı. Bu çox yaxşı xəbərdir, bəlkə də sülhə doğru atılan ilk bpyük addımdır. Hər iki ölkəni təbrik edirəm" - deyə, tvit atıb.

Məhbus mübadiləsi nəticəsində azad olunanlardan biri ukraynalı rejissor Oleq Sentsovdur. Rusiyanın 2014-cü ildə Krım yarımadasını ilhaq etməsinə etiraz etdiyinə görə məhkum olunduğu 20 illik həbs cəzasının 5 ilini həbsxanada keçirən Sentsov keçirdiyi 100 günlük aclıq aksiyası səbəbilə beynəlxalq diqqəti üzərinə keçmişdi. ABŞ və Avropa İttifaqı açıq şəkildə onun azadlığa buraxılmasına çağırmışdı.

"Ümid edirəm ki, digər məhbuslar da yaxında azadlığa buraxılacaq", Sentsov müxbirlərə bildirib. Lakin hətta ən son məhbus azad edilsə belə, bizim mübarizəmiz bitməyəcək. Qələbəyə hələ uzun yol var", o əlavə edib.

Ukraynanın azadlığa buraxdığı məhbuslar arasında isə Kiyevdə RİA-Novosti xəbər agentliyində müxbirlik etdyinə görə "vətənə xəyanət" ittihamı ilə həbs olunan jurnalist Kiril Vışinski var.

Oleq Sentsov
Oleq Sentsov

"Jurnalistlər heç vaxt həbs olunmamalıdır", deyə o, Moskvanın Vnukovo Hava Limanında verdiyi emosional müsahibə zamanı söyləyib.

Vışinskini Rusiyanın Rossiya Segodnya (Rusiya Bu gün) şəbəkəsinin başçısı və Qərb tərəfindən Kremlin ən böyük təxribatçısı kimi tanınan Dmitri Kisilyev tərəfindən qarşılanıb.

Yeni prezident, yeni razılıq

Volodimir Zelenski
Volodimir Zelenski

Ukraynanın aprel ayında seçilmiş prezidenti Volodimir Zelenski hakimiyyətə gələndə Rusiyadakı ukraynalı məhbusları geri qaytaracağını və Ukraynanın şərqində münaqişəyə son qoyacağını vəd edib.

Putin və Zelenski iyul ayında ilk dəfə telefonla söhbət edib.

O zaman Kremlin sözçüsü deyib ki, iki lider Uraynanın Donbas regionu ilə bağlı dayandırılmış sülh razılığını habelə "hər iki tərəfdən" mümkün məhbus mübadiləsini müzakirə edib.

XS
SM
MD
LG