Accessibility links

Ukraynada müxalifət liderləri prezidentlə görüşdü


Ukraynada 3 həftəyə yaxındır davam edən kütləvi nümayişlərdən sonra bu gün ilk dəfə müxalifət prezident Viktor Yanukoviçlə birbaşa danışıq keçirib.

Ancaq başqa müxalifət partiyaları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdən sonra müxalifət liderləri prezidentin onların tələblərinə cavab verə bilmədiyini deyib.

Digər məsələlərlə yanaşı, "Udar" (Zərbə) Partiyasının sədri Vitali Kliçko və digər müxalifət liderləri həbs edilmiş nümayişçilərin sərbəst buraxılmasına çağırır.

Ukrayna prezidenti saxlanılmış nümayişçilərə əfv təklif edib. Ancaq bu, müxalifət üçün yetərli olmayıb, belə ki, onlar cənab Yanukoviçin və onun hökumətini istefaya çağırır.
XS
SM
MD
LG