Accessibility links

Donetskdə atışma nəticəsində iki mülki vətəndaş həlak olub


Ukraynanın şərqində üsyançıların nəzarətində olan Donetsk şəhərində atışma nəticəsində iki mülkü vətəndaş həlak olub. Bu, Ukrayna qanunvericiləri regiona muxtariyyət verilməsinə dair səsvermə keçirdikdən sonra baş verən ilk belə hadisədir.

Bələdiyyə rəsmiləri yaşayış məntəqəsində ağır döyüşlər zamanı iki mülkü vətəndaşın öldüyü, üçünün isə yaralandığını bildirib Lakin atışmanın nə zaman baş verdiyi barədə məlumat verilməyib.

Atəşkəsə dair razılıq əldə edilməsinə baxmayaraq Donetskdə mülkü vətəndaşlar arasında ölüm halları artmağa davam edir.

Dünən Ukrayna parlamenti müvəqqəti olaraq regiona muxtariyyət verilməsi və ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərdən başqa digər üsyançıların əfv edilməsinə dair qanun qəbul edib.

Ukrayna prezidenti Petro Poroşenko tərəfindən təklif edilən yeni qanun beş aydır davam edən və 3 min insanın ölümünə və Ukraynanı siyasi və iqtisadi baxımdan iflic edən separatçı hərəkata son qoymaq məqsədi daşıyır.

XS
SM
MD
LG