Ukraynanın şərqində hökumət qüvvələrinin Donetskdə əsas hava limanının bir hissəsinin nəzarətini ələ keçirmiş Rusiya tərəfdarı separatçılara qarşı əməliyyatlar həyata keçirdiyi haqda məlumat verilir.
Ukrayna rəsmiləri hərbi qüvvələrin silahlı üsyançılara qarşı hava hücumu həyata keçirdiyini bildirib. Tələfatlar və zərər haqda hələlik təsdiq edilmiş məlumat verilməyib.
Ukrayna silahlı qüvvələrinin sözçüsü Vladislav Seleznyov SU-25 döyüş təyyarəsinin xəbrədarlıq atəşi açdığını, bundan sonra isə MiG-29 döyüş təyyarəsinin hava hücumu həyata keçirdiyini bildirib.
Şahidlərin bildirdiyinə görə, Ukraynanın Mi-25 hərbi vertolyotları da üsyançılara atəş açıb.
Rəsmilər hava limanında desant qüvvələrinin yerləşdirildiyini bildirib. Şahidlər atəş və partlayış səsləri eşitdiklərini bildiriblər.
Paytaxt Kiyevdə ilkin nəticələrə görə prezident seçkisində üstünlük əldə etmiş Petro Poroşenko iyun ayının birinci yarısında Rusiya liderləri ilə görüşəcəyinə ümid etdiyini bildirib və deyib ki, ölkənin şərq bölgələrində sabitliyin bərpa edilməsi üçün Moskvanın məsələyə cəlb olunmasını tələb edilir. Petro Poroşenko müxbirlərə bildirib ki, o, Rusiyanın Ukraynanın şərqində vəziyyətin yaxşılaşdırılması səylərinə dəstək verəcəyinə inanır.