Accessibility links

Ukrayna prezidentindən sərt reaksiya


Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Ukrayna separatçıların işğal etdiyi Donbası oz nəzarəti altına qaytaracaq. O həmçinin qondarma “Donetsk Xalq Respublikasının” ortaya atdığı "Malorossiya keçid dövləti"nin yaradılması təklifinə də münasibət bildirib.

“Novorossiya” layihəsi tarixə qovuşub. Ukryna Donbas və Krım üzərində suverenliyini bərpa edəcək” - Poroşenkonun bu sözlərini onun mətbuat katibi Svyatoslav Tseqolko öz Twitter səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 18-də qondarma "DXR"in rəhbəri Aleksanr Zaxarçenko təklif etmişdi ki, üç illik keçid dövrü üçün Ukraynanın yerində "Malorossiya" dövləti yaradılsın, Krımdan başqa Ukraynanın 19 vilayəti həmin "dövlət"ə daxil edilsin.

O demişdi ki, yeni dövlət Donbass münaqişəsinə son qoyacaq. Vergilər naziri Aleksandr Timofeyevsə öz növbəsində bildirib ki, "Malorossiya"nın əsas qanununa Rusiya ilə münasibətlərin bərpa olunması istiqaməti daxil ediləcək.

Ukrayna Rusiyanı Krımı ilhaq etməkdə, ölkənin şərqində isə separatçıların əliylə qondarma qurumlar yaratmaqda suçlayır. Rusiya isə Krım əhalisinin "öz istəyilə" Rusiyanın tərkibinə daxil olduğunu, Ukraynanın şərqindəki separatçı qurumlarla isə əlaqəsi olmadığını iddia edir.

XS
SM
MD
LG