Rusiyanın Ukraynaya hücumu Ukraynanın poliomielit və COVID-19-a qarşı mübarizəsi ilə eyni vaxta təsadüf edib.
2021-ci ilin oktyabr ayından bəri azı bir uşaq iflicli poliomielitə yoluxsa da, bu xəstəliyə yoluxan digər 19 uşaq isə iflic olmayıb. Fevralın 1-də Ukrayna poliomielit əleyhinə peyvənd kampaniyasına başlamışdı.
Ukraynada koronavirusa yeddi günlük yoluxma nisbətinin orta göstəricisi fevralın 10-da rekord - 37408-a çatmışdı. Lakin o vaxtdan bəri azalmağa başlayıb.
Bununla yanaşı səhiyyə üzrə ekspertlərin dediyinə görə, Rusiyanın Ukraynaya təcavüzü insanların sığınacaqlarda toplaşması və ya ölkədən qaçarkən COVID-19 da daxil olmaqla, yoluxucu xəstəlikləri artıra bilər.
Bu arada, Çinin dövlət televiziyası Honq Konqda bazar ertəsi COVID-ə yoluxma sayının 34466-ya, rekord həddə çatdığını bildirib.
Reuters xəbər agentliyinin məlumatına görə, Honq Konqun Xəstəxanalar İdarəsi bazar ertəsi bildirib ki, "COVİD-19 səbəbindən ölənlərin sayı maksimum həddə çatdığı üçün Honq Konq xəstəxanalarında və meyitxanalarda cəsədlərin saxlanması üçün yer yoxdur."
Hindistanda gündəlik koronavirusa yoluxanların sayı 10000-dən aşağı olub. Səhiyyə Nazirliyi bazar ertəsi gündəlik ölüm sayının 8013 olduğunu bildirib.
Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar ertəsi səhər dünya boyu COVID-ə 435 milyondan çox yoluxma, 6 milyona yaxın ölüm halının qeydə alındığı barədə məlumat verib.