Accessibility links

Ukrayna baş naziri Rusiya ilə qaz birliyinə meyllidir


Ukraynanın baş naziri Mikola Azarov onlarla bərabər rəftar olunarsa, rusiyalı həmkarlarının hər iki ölkənin dövlətə məxsus qaz şirkətlərini birləşdirmək təklifinə heç bir etirazı olmadığını bildirib.

Ukraynanın baş naziri Mikola Azarov Kiyevdə keçirilən mətbuat konfransında rusiyalı həmkarının Qazprom və Naftoqaz şirkətlərini birləşdirmək barədə fikrin diqqətə layiq olduğunu söyləyib.

Rusiyanın baş naziri Vladimir Putin təklifi cümə günü Qara Dəniz sahilindəki kurort şəhəri Soçidəki mətbuat konfransında təqdim edib.

Cənab Putin söyləyib ki, dövlət başçıları nüvə programlarının inteqrasiyasını qarşılıqlı müzakirə edib. O, bunu da əlavə edib ki, Rusiya eyni fikri qaz sektoru sahəsində həyata keçirməyə hazırlaşaraq Qazprom və Naftoqaz şirkətlərinin birləşməsini təklif edir.

Ukrayna baş naziri isə məsələnin ictimayətə açıqlanmadan əvvəl cənab Putinlə müzakirə olunmadığını bildirib.

Cənab Azarov bərabər rəfdar olunduğu halda qaz şirkətlərinin birləşməsinə dair heç bir şübhə olmadığını söyləyib. O cənab Putinə istinad edərək bildirib ki, bu halda Ukrayna Rusiyanın enerji ehtiyatlarına və digər imkanlarına yol açacaq.

Kiyevdə müstəqil enerji üzrə təhlilçi İvan Poltavets Amerikanın Səsinə bildirib ki, təklif qeyri-müəyyən olaraq qalır. Lakin o, xəbərdarlıq edərək söyləyib ki, təklif enerji monopoliyası yaradaraq Ukraynanın müasir yerli qaz sənayesini məhv edə bilər.

Poltavets söyləyir ki, Ukrayna Rusiyadan qaz alışını yüksəltsə, Ukraynanın qaz istehsalı ya aşağı düşəcək, ya da ixrac olunmaq məcburiyyətində qalacaq. Bu isə çox çətin məsələdir, çünki Ukrayna qazı Qazpromun qaz ehtiyatı ilə rəqabət aparmalı olacaq.

Rusiya Milli enerji təhlekəsizliyi fondunun rəhbəri Konstantin Simonov bildirib ki, Rusiyanın planı Ukraynanı yan keçərək Nord və Cənub axarı istiqamətində Avropaya gədən qaz kəmərləri tikməkdir. Ukrayna liderləri isə bunun tikilməsini heç gözləmirdilər. Simonova əsəasən, Nord axarı inşaatının başlanması Ukraynanı təşvişə salmış və onu bu məsələdə cənab Putinini qoyduğu şərtlər ilə razılaşmağa vadar edib. Nord axarı 2011-ci ildən başlayaraq Baltik dənizi vasitəsi ilə Rusiyadan Almaniyaya qaz daşıyacaq. Ordan qaz digər qərbi Avropa ölkələrinə paylanacaq.

Simonov bildirib ki, Avropanın özünü Ukraynadan uzaqlaşdırdığını da əlavə etsək, heç kəs Ukrayna qaz kəməri sisteminə yatırım etməyə hazır deyil. Təhlilçi söyləyib ki, Avropa Bilriyinin əsas narahatlığı yanacaq necə əldə etməklə bağlıdır, yanacağın hansı istiqamətdən Ukraynadan, onun ətrafından və ya sərhədlər üzərindən daşınması heç önəmli deyil. O, deyir ki, qaz nəqlini Rusiya və Ukrayna öz aralarında həll etməlidirlər və o, həmçinin Ukraynanın nə müttəfiqi, nə də alternativi olduğunu iddia edir.

Ukraynanın köhnəlmiş qaz kəməri sisteminin təmirə ehtiyacı var. Ölkənin keçmiş liderləri isə Rusiyanın bu məsələ üzərində nəzarəti ələ almaq cəhdinə inadlı müqavimət göstərdilər. Rusiyaya Ukrayna kəməri üzərində nəzarət verilsəydi, Rusiaya Baltik dənizindən keçəcək Cənub qaz kəməri axarının inşaatına nəzərdə tutulmuş məbləğə qənaət etmiş olardı.

Simonov: “Əgər Rusiyaya Ukrayna tərəfindən Rusiyanın mülkiyyəti və məsuliyyətinə çevriləcək qaz daşınma dəhlizi sığortalanarsa, belə bahalı qaz kəməri nəyə lazımdır” – deyə sual verir. Qaz nəqli üzündən müharibələr başlamaz. Qaz təklifi olunduğu halda da Rusiya məsuliyyət daşıyacaq, çünki qaz kəməri onun mülkiyyəti sayılacaq.

Avropa təbii qazının 20%-ni Ukrayna kəmərləri vasitəsi ilə Rusiyadan alır. Moskva ilə Kiyev arasında olan qiymət mübahisəsi qışın ortası Avropa evlərini, xəstəxanaları və sənaye sahələrini qazsız qoymuşdu.

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko qaz şirkətləri birliyinin yaranması təklifini Ukraynanın müstəqilliyini sarsıltmaq məqsədi ilə Rusiyanın tərtib etdiyi böyük planının bir hissəsi olmaqda ittiham etmişdir. Keçmiş prezident Viktor Luşenko da bu təklifin Ukraynanın müstəqilliyinə təhlükə olduğunu bildirir və bu planın qaz monopoliyası yaradaraq Ukrayna istehlakçılarına qarşısında şərtlər qoyacağına inanır.

Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın Qara dəniz donanmasının 2042-ci ilə qədər Ukraynanın Sevastopol portunda qalmasının əvəzində, 10 il ərzində Rusiya qaz idxalı qiymətənin 30% aşağı salınması sazişinin imzalanmasına nail oldu. Ukrayna parlamenti sazişi mübahisəsiz təsdiq etdi. Bu isə keçən həftə qanunvericilər tərəfindən şiddətli narazılıqla qarşılandı.

Tənqidçilər sazişin konstitusiyadakı xarici hərbi bazaların Ukrayna ərazisində yerləşdirilməsinə qadağa qoyan bəndinə zidd olduğunu iddia edir və Ukrayna üçün mənfəət gətirməyən enerji sazişi olduğunu bildirir.

Qazpromun sədri Aleksey Miller Rusiya və Ukraynanın qaz şirkətlərinin birləşməsi məsələsinin 9 may İkinci Dünya Müharibəsinin qələbə günündən sonra Moskvada müzakirə olunacağını söyləyib. Bu məsələyə dair detallar barədə heç bir məlumat yoxdur.

XS
SM
MD
LG