Accessibility links

Ukrayna parlamenti Yuliya Timoşenko barəsində səsverməni təxirə salıb


Ukrayna parlamenti həbsxanada olan sabiq baş nazir Yuliya Timoşenkonun Almaniyada müalicəsinə icazə verəcək qanuna dair səs verməni təxirə salıb.

Xanım Timoşenkonun tərəfdarları bu hadisədən hiddətlənərək parlamenti tərk ediblər.

Müxalifət lideri Timoşenko yeddi il həbs cəzasına məhkum edilib. Avropa Şurası həbsi siyasi motivli adlandırıb. Xanım Timoşenko seçkilərdə hazırki prezident Viktor Yanukoviçin ən güclü rəqibi olub.

O, 2011-ci ildə həbs edilib və daha sonra xroniki bel ağrısından həstaxanaya köçürülüb.

Müxalifət liderinin həbsdə olması Ukrayna və Avropa Şurası arasında bu ayın sonlarında Vilnüsdə imzalanması planlaşdırılan əməkdaşlıq sazişinin əldə olunmasına maneə yaradır.

Moskva Ukraynaya razılığı imzalamamaq üçün təziq göstərir. Sazişin imzalanması ilə Ukrayna Rusiyadan uzaqlaşaraq Qərbə yönəlik siyasət yürüdə bilər.
XS
SM
MD
LG