Accessibility links

Ukraynada saxlanmış Avropa müşahidəçiləri durumlarının yaxşı olduğunu deyir


Ukraynanın şərqində Rusiya tərəfdarları tərəfindən saxlanmış Avropa müşahidəçiləri bazar günü ictimaiyyət qarşısında çıxaraq, onlarla yaxşı rəftar edildiyini bidiriblər.

ATƏT-in monitorinq qrupunun başçısı, alman polkovnik Aksel Şnayder müşahidəçilərin azad edilməsi ilə bağlı müzakirələrin başladığı vaxt Slavyanskda müxbirlərə onların vəziyyətinin yaxşı olduğuna əmin edib. Müşahidəçilər ictimaiyyət qarşısına silahlı şəxslər tərəfindən müşayiət edilərək çıxarılıblar.

Üsyançılar səkkiz avropalı müşahidəçini müharibə əsiri adlandırıb. Polkovnik Şnayder onların siyasi səbəblərlə əlaqədar saxlandıqlarını deyib.

ATƏT müzakirəçilərdən ibarət heyəti özünü Slavyansk şəhərinin meri elan etmiş Vyaçeslav Ponomaryovla hərbi müşahidəçilərin azad edilməsilə bağlı danışıqlar aparmaq üçün Ukraynanın şərqinə göndərib.

Üsyançılar eyni zamanda Ukrayna təhlükəsizlik qüvvələrinin bədənləri qana boyanmış və gözləri bağlanmış üç ələ keçirilmiş üzvünü nümayiş etdiriblər.

ATƏT-in Almaniyanın başçılıq etdiyi müşahidə qrupu Ukraynanın rusdilli əhalinin yaşadığı şərq və cənub bölgələrində təhlükəsizlik və insan hüquqlarının durumunu monitorinq etmək üçün dörd tərəfli razılığa əsasən fəaliyyət göstərirdi. Razılıq Cenevrədə Rusiya, Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən əldə edilib.
XS
SM
MD
LG