Accessibility links

Ukrayna prezidenti geri çəkilən rus əsgərlərinin minalar yerləşdirdiklərini deyir


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsgərlərini geri çəkildikləri və ya Ukrayna qüvvələri tərəfindən sıxışdırıldıqları zaman Ukraynanın şimalındakı ərazilərə qəsdən mina yerləşdirməkdə ittiham edib.

Urkayna bildirir ki, Rusiya bu həftə paytaxt və yaxınlıqdakı Çenihiv regionu ətrafında hərbi əməliyyatlarını azaltdığını elan edəndən bəri Ukrayna qoşunları Kyiv bölgəsində 30-tan çox kənd və qəsəbənin nəzarətini geri alıblar.

“İşğalçılar ölkəmizin şimalını tərk edirlər. Bu yavaş, amma nəzərəçarpan sürətdə baş verir. Bəzi yerlərdən onlardan vuruşaraq çıxarılır. Başqa yerləriki mövqeləri isə özləri tərk edirlər,” Zelenski şənbə günü video müraciətində sübut irəli sürmədən deyib.

“Onlar bütün bu ərazilərə minalar yerləşdirirlə. Evlərə, avadanlıqlara hətta ölü insanların cəsədlərinə minalar yerləşdirilib.”

Çernihivin qubernatoru Viaçeslav Çaus da şənbə günü Rusiya qoşunlarının bölgə paytaxtının ətrafındakı mövqelərdən geri çəkilərkən minalar yerləşdirməkdə günahlanıdırıb.

“Orada çoxlu minalar var. Onlar [kəndlər] minalarla doludur,” o, dövlət televiziyasında bildirib.

Rusiyanın müdafiə nazirliyi ittihamlarla bağlı şərh istəyinə cavab verməyib.

Reuters ittihamları müstəqil şəkildə təsdiq edə bilməyib Şənbə günü fövqəladə vəziyyət xidməti Kyiv bölgəsində yeni azad olunan zonalardakı insanlara ehtiyatlı olmağı bildirib və deyib ki, Dmitrivka kəndində axtarış zamanı bir gündə 1500-dən çox partlayıcı tapılıb.

Zelenski deyib ki, minaları təmizləmək və ərazilərin təhllükəsizliyini təmin etmək səyləri aparılır, ancaq o, qaçan sakinlərə hələ ki, geri dönməməyi tövsiyə edib.

“Hələ ki, normal həyata qayıtmaq mümkün deyil,” o deyib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də başlatdığı hərbi müdaxiləni Ukraynanın “demilitarizasiyası və denasifikasiyasını hədəfləyən xüsusi hərbi əməliyyat” adlandırır.

Ukrayna və müttəfiqləri bunu aqressiya müharibəsi üçün əsassız bəhanə adlandırır. Hərbi müdaxilə başlayandan bəri 10 milyondan çox insan evlərindən didərgin düşüb.

XS
SM
MD
LG