Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində bildirib ki, Ukraynanın birinci xanımı Olena Zeleskanın Vaşinqtona səfəri bəhrəsini verməyə başlayıb.
Zelenski deyib ki, ABŞ senatorları Ceys Riş, Bencamin Kardin, Rocer Viker, Riçard Blumental, Rob Portman, Cin Şahin və Lindsi Qraham Rusiyanın Ukraynanakı əməllərinin soyqırım kimi tanınması üçün qətnamə layihəsi təqdim ediblər.
“Qətnamə layihəsinə əsasən, ABŞ Senatı Rusiyanı Ukrayna xalqına qarşı soyqırım törətdiyinə görə qınayır; Birləşmiş Ştatları, habelə NATO və Aİ müttəfiqlərini Ukrayna xalqına qarşı Rusiyanın növbəti soyqırım aktlarının qarşısını almaq üçün Ukrayna hökumətini dəstəkləməyə çağırır; Rusiyanın siyasi liderləri və hərbi personalını təcavüz müharibəsi, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırıma görə cavabdeh tutumaq üçün tribunallar və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir.”
“Rusiya ukraynalılar və bizim ölkəizə qarşı bütün terror hücumları ilə özünü dəfn edir,” Zelenski deyib.
Bu arada isə Zelenski bildirib ki, ordu liderləri ilə iclası zamanı onlar belə bir nəticəyə gəliblər ki, “Bizim qüvvələrimizin cəbhədə irəliləmək və işğalçılara yeni əhəmiyyətli itkilər vermək üçün böyük potensialı var.”
Ancaq Rusiya qüvvələri yenidən Ukrayna şəhərlərinə uzun-mənzilli raketlərlə zərbələr endirib. Bu, Rusiya müdafiə nazirinin Moskvanın Ukraynadakı müharibəsini Donbasdan kənara genişləndirməyə hazırlaşdığı barədə xəbərdarlıq etməsindən bir gün sonraya təsadüf edib.
Ukrayna rəmiləri cümə günü deyib ki, Rusiya bir neçə rayona, o cümlədən Ukraynanın ikinci ən böyük şəhəri Xarkivdə bir bazara zərbə endirib. Nəticədə üç nəfər ölüb, 23 nəfər yaralanıb.
Bölgə qubernatoru Oleq Sinequbov deyib ki, ölənlər arasında bir uşaq var. Polis və digər rəsmiləri isə həmin ərazidə heç bir hərbi hədəflərin olmadığını bildirib.
“Rusiya ordusu Xarkivə, dinc yaşayış məntəqələrinə təsadüfi şəkildə atəş açır, mülki vətəndaşlar ölür,” mer İhor Terekov deyib.
Bundan əlavə cümə axşamı Donets bölgəsinin qubernatoru Pavlo Kirilendo Reuters xəbər agentliyinə bildirib ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın nəzarət etdiyi Kramatorsk və Konstiantinivkada iki məktəb dağılıb, bir raket isə Baxmut şəhərinə atılıb.