Muzdlulardan ibarət "Vaqner" dəstəsinin rəhbəri Yevgeni Priqojinin də adı olduğu şəxsi təyyarənin qəzaya uğraması ilə Kyivin heç bir əlaqəsi yoxdur. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Ondan "İnterfaks-Ukrayna" sitat gətirib.
Zelenski Kyivdə jurnalistlərə "Bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs kimin əli olduğunu başa düşür" deyib.
Ukrayna prezidenti aparat rəhbərinin müşaviri Mixail Podolyak da "Current Time" tele-kanalının efirində bildirib ki, Priqojinin mümkün ölümü ilə Kyivin heç bir əlaqəsi yoxdur. "Gəlin məsələyə obyektiv baxaq. Bunu dəyərləndirmək üçün qeyri-Putin məntiqinə sahib olmaq lazımdır. Son aylar Priqojin Putinə aid olan miflər də daxil olmaqla, bizim üçün klassik Rusiya təbliğatı miflərinin birbaşa məhvedicisi kimi idi. Təbii ki, "çevriliş tamamlanmadığı üçün onun narazılığı bitmədi. Bu, Putin üçün mütləq dağıdıcı rol oynadı və oynamağa davam etdi. Təbii ki, bu bizim xeyrimizə idi" - deyə, o bildirib.
Avqustun 23-ü axşam saatlarında Tver vilayətində "Vaqner" şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyi 10 sərnişinin siyahısını dərc edib. Onların arasında Priqojinin özünün və həmçinin müzdluların komandiri Dmitri Utkinin də adı var.
Avqustun 24-də səhər saatlarında Fövqəladə Hallar Xidmətləri qəza yerində axtarış əməliyyatının başa çatdığını, 10 nəfərin hamısının qalıqlarının tapıldığı barədə məlumat verib.
"Vaqner" komandirləri Yevgeni Priqojinin ölümünü təsdiqləyib və müzdlulara yaxın Teleqram kanalları rəsmi təsdiqi gözləməyə çağırıb. Baza Telegram kanalı mənbələrə istinadən yazıb ki, cəsədlər çox ağır yandığı üçün təyyarə qəzasında ölənlərin heç birinin cəsədi hələ müəyyən edilməyib. Ölənlər genetik müayinə üçün Moskvaya göndərilib.
Təxminən bir il əvvəl mətbuatda və Teleqram kanallarında Priqojinin Ukraynanın Popasnaya Luhansk vilayətində öldüyü iddiası ilə bağlı xəbərlər yer almışdı. Tezliklə Priqojinin fotoşəkilləri ortaya çıxdı və o, özünü göstərdi. Ondan əvvəl isə bu iş adamı Afrikada "ölmüşdü". 2019-cu il oktyabrın 11-i "An-72" hərbi yük təyyarəsi Afrikada qəzaya uğradı. Təyyarədə Konqo prezidentinin administrasiyasının əməkdaşları da olmaqla, 8 ekipaj üzvü var idi. Daha sonra qəzaya uğrayan təyyarədə Priqozhinin də olduğu barədə məlumatlar ortaya çıxdı. Bu məlumat da təsdiqlənmədi. Təyyarədə həqiqətən də ruslar olub, lakin Priqojin yox.
Forum