Accessibility links

Ukrayna Rusiyanın atom elektrik stansiyası yaxınlığına zərbələr endirdiyini bildirir


Ukrayna bazar ertəsi Rusiyanın böyük bir atom elektrik stansiyasının ərazisi yaxınlığında yeni hava hücumları etdiyini bildirib. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın müstəqilliyinin ildönümünü qeyd etməyə hazırlaşdığı bir vaxt Rusiyanın potensial addımları barədə xəbərdarlıq edir.

Vilayətin qubernatoru Valentin Rezniçenko bildirib ki, Rusiyanın raket zərbələri Zaporojye Atom Elektrik Stansiyasınıpn qərbindəki ərazilərə düşüb. Rezniçenko raketlərin evlərə, uşaq bağçasına və mağazalara düşdüyünü bildirib.

Rusiya və Ukrayna nüvə elektrik stansiyası yaxınlığını dəfələrlə atəşə tutulmaqda günahlandırılıb. Ukrayna Birləşmiş Millətlər Təşkilatından və digər beynəlxalq təşkilatlardan xahiş edib ki, Rusiyanı mart ayından işğal etdiyi ərazini tərk etməyə məcbur etsin.

Ağ Ev bildirib ki, ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və Böyük Britaniyanın Baş Naziri Boris Conson bazar günü vəziyyəti müzakirə edib.

Bazar günü gecə etdiyi çıxışı zamanı Zelenski Fransa Prezidenti Emmanuel Makronla Rusiyanın yaratdığı “bütün təhdidlər” barədə danışdığını və oxşar mesajların BMT-nin Baş Katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da göndərildiyini bildirib.

“Ukraynanın bütün tərəfdaşları bu həftə terrorçu dövlətin nələr hazırlaya biləcəyi barədə məlumatlandırılıbr,” Zelenski bildirib.

Ukrayna lideri Rusiyanın ata biləcəyi addımlardan birinin Ukraynanın Mariupol şəhərinin mühasirəsi zamanı əsir düşmüş bir qrup ukraynalı əsgər üzərində məhkəmə keçirilməsi olduğunu qeyd edib.

“Əgər bu alçaq məhkəmə prosesi davam etsəydi, bu, danışıqların artıq mümkün olmadığı demək olardı. Daha heç bir danışıq olmayacaq. Dövlətimiz hər şeyi deyib,” Zelenski bildirib.

Çərşənbə günü Ukraynanın Sovet hakimiyyətindən müstəqilliyinin 31-ci ildönümü Rusiyanın Ukraynaya təcavüzə başlamasının altı ayına təsadüf edir.

Qonşu ölkələr arasında Rusiyanın fevralın 24-ü işğalından bəri davam edən müharibə hər iki tərəfdən minlərlə döyüşçünün və Ukraynanın mülki əhalisinin ölümünə səbəb olub. Milyonlarla ukraynalı isə evlərini tərk edərək, ölkənin qərb hissəsinə, döyüşlərdən uzaqdakı təhlükəsiz yerlərə və ya qonşu ölkələrə qaçmağa məcbur olub.

Artilleriya mərmiləri bazar günü səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığına, Ukraynanın cənubundakı Nikopol şəhərinə düşüb.

Rusiya Ukraynanın əsas Qara Dəniz limanı və taxıl ixracı mərkəzi olan Odessa yaxınlığındakı əraziləri hədəf alıb. Lakin Nikopolun bombalanması xüsusi narahatlıq doğurub. Ukraynanın vilayət qubernatoru Valentin Rezniçenko Telegram-da şəhərə 25 artilleriya mərmisinin düşdüyünü, sənaye obyektinin yandığını və 3000 insanın elektrik enerjisiz qaldığını yazıb.

XS
SM
MD
LG