Rusiya və Ukrayna arasında münaqişədə baş verən son hadisələr:
* Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kyivə səfər edib.
* Makron jurnalistlərə bildirib ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda böhranın genişlənməməsini təmin etmək məqsədinə nail olub.
* ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi “Şimal axını 2” boru kəməri layihəsinin reallaşdırılmaması demək olacaq.
* ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bazar ertəsi bildirib ki, Rusiya Ukrayna ilə ortaq sərhədinə “böyük qüvvələr” əlavə etməkdə davam edir.
* Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin suverenliyi ilə bağlı güzəştə getməyəcəyini və yalnız Ukraynanın öz xarici siyasət kursunu seçə biləcəyini bildirib.
* Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmasını tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya həmçinin bildirir ki, Qərb müdafiə alyansı Ukraynanın üzvlük təklifini rədd etməlidir, Birləşmiş Ştatlar isə bunu “qeyri-mümkün” adlandırır.