Accessibility links

Müharibənin üçüncü ilinə keçməsinə baxmayaraq, ukraynalıların əhval-ruhiyyəsi hələ də çox yüksəkdir


Müharibənin üçüncü ilinə keçməsinə baxmayaraq, ukraynalıların əhval-ruhiyyəsi hələ də çox yüksəkdir
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Müharibənin üçüncü ilinə keçməsinə baxmayaraq, ukraynalıların əhval-ruhiyyəsi hələ də çox yüksəkdir

Rusiyanın genişmiqyaslı təcavüzünün üçüncü ilinə qədəm qoyduğu bir vaxt ukraynalılar şərq cəbhəsində gərgin döyüşlər və ölkənin hər gün atəşə tutulması səbəbindən onların qlobal səviyyədə hərbi və maliyyə dəstəyinə ciddi ehtiyacları olduğunu deyirlər. Bu arada, ABŞ Konqresi çox ehtiyac duyulan yardımı saxlayır.

Rusiyanın genişmiqyaslı təcavüzünün ikinci ildönümünə bir neçə gün qalmış Ukrayna Donetsk vilayətinin Avdiivka şəhərindən geri çəkilmək qərarına gəlib.

Ağ Ev bu addımı Konqresin əlavə yardım göstərməməsi ilə əlaqələndirib və bildirib ki, “ukraynalılar cəsarətlə döyüşməyə davam edir, lakin onların təchizatı azalır”.

Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında qüvvələrinin geri çəkildiyi gün çıxış edib. "Ukraynadan müharibənin nə vaxt bitəcəyini soruşmayın. Özünüzə sual verin, niyə [Rusiya prezidenti Vladimir] Putin hələ də onu davam edə bilir?"

Kyivdə ukraynalılar bunu ciddi qəbul edir və uzunmüddətli müharibə perspektivinə hazırlaşırlar.

Kyiv Independent qəzetinin redaktoru Olqa Rudenko 2022-ci ilin fevralında Rusiya hərbi təcavüzə başlayanda onlayn nəşrin cəmi bir neçə ay fəalyyət göstərdiyi zaman ofisində idi. "Antoni Blinken Ukraynaya müdaxilənin səhərə yaxın başlayacağını dedi. Bu, hər şeyin birdən çox reallaşdığı an idi."

Rusiya prezidenti Vladimir Putin müdaxilə ərəfəsində çıxışını bitirəndə Rudenko artıq işə hazır idi. "Biz bir xəbər hazırladıq, dedik ki, Putin Ukraynaya qarşı müharibə elan edib və o, çıxışını bitirəndə onu dərc etdik. Və bu zaman biz partlayış səsləri eşitdik".

İki ildir fasiləsiz olaraq müharibəni işıqlandırmasından sonra Kyiv Independent Ukraynada baş verən hadisələr haqda məlumat verən əsas ingilisdilli nəşrə çevrildi. Onun məqsədi dünyanın ukraynalıların nə üçün mübarizə apardığını anlamasına yardım etməkdir. "Burada Ukraynada olmaq və Konqresin Ukraynaya yardım paketinə səs verə bilməməsi ilə bağlı bütün xəbərləri izləmək çox məyusedicidir. Çünki onlar üçün bəlkə də bu, sadəcə rəqəm ola bilər, lakin bizim üçün bu, real həyatlar və real insanlar deməkdir" - deyə, Olqa Rudenko bildirir.

Ukrayna Silahlı Qüvvələrinin mayoru Volodimir Omelın bir vaxtlar Ukraynanın infrastruktur naziri vəzifəsində çalışıb. O, Kyivin mərkəzi meydanında dayanaraq, Ukraynada əhval-ruhiyyə haqqında düşünür. "Biz silahlar, insanlarla daha güclü oluruq. Şübhəsiz ki, bu, bir növ xoş hal deyil. Və bu, müharibənin iki-üç həftəyə və ya daha yaxında bitəcəyi demək deyil. Təəssüf ki, bu, bir az vaxt aparacaq. Amma əhval-ruhiyyə hələ də çox yüksəkdir. İradə yoxdursa, qələbə də yoxdur. Bizdə isə iradə güclüdür".

Kyidə insanlar müharibənin bitəcəyinə ümid edir. Vinnitsa sakini Daniil "Atamla anamı görmək istəyirəm, onlar xaricdədirlər. Onların yanına gedə bilmədiyim üçün buradayam".

Oleksiy "Hər gün, hər gecə qorxuruq. Biz ölkəmizdə sülh istəyirik. Biz Putini dayandırıb ərazilərimizi geri qaytarmaq istəyirik".

Katerina "Bu, uzun bir müharibə olacaq. Mən özümü çox pis hiss edirəm. Ukrayna beynəlxalq ictimaiyyət olmadan bu böyük düşmənə qalib gələ bilməyəcək".

Amerikanın Səsi ilə danışan ukraynalılar hərbi xidmətə çağırılacaqları təqdirdə orduya qoşulacaqlarını və ölkələrini müdafiə edəcəklərini deyirlər. Onlar həmçinin dünyanın onların ümumi demokratik dəyərlər uğrunda mübarizə apardıqlarını və köməyə ehtiyacı olduqlarını anlayacağına ümid edir.

Forum

XS
SM
MD
LG