Accessibility links

Timoşenko aclığı dayandıra bilər


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun qızı anasının xəstəxanada alman həkimlər tərəfindən müalicə edilməyə razılaşmasından sonra aclığı dayandıracağını deyib. Yevgeniya Timoşenko anasının Xarkov şəhər xəstəxanasına köçürüləcəyini bildirib.

Xanım Timoşenko həbsxana mühafizəçiləri tərəfindən döyüldükdən sonra təxminən iki həftədir aclıq edir. Hazırda Xarkov şəhər həbsxanasında saxlanılan Timoşenko alman həkimlər tərəfindən qoyulan diaznoza əsasən onurğa sütünunda problemlərdən əziyyət çəkir.

Ukrayna hökuməti onun Almaniyada müalicəsinə icazə verməsə də, onun Xarkov xəstəxanasında alman həkim tərəfindən müalicəsinə imkan yaradılmasına razılıq verib.

Ukrayna eyni zamanda, bəzi ölkələrin xanım Timoşünkonun müalicəsi ilə əlaqədar yaranmış vəziyyətə görə Mərkəzi və Şərqi Avropa liderlərinin sammitində iştirakdan imtina etdiyinə görə, zirvə toplantısının təxirə salındığını bildirib.

Ukraynanın Xarici İşlər nazirliyi sammitin daha gec tarixdə keçiriləcəyini bəyan edib. Zirvə toplantısının bu həftə cümə və şənbə günləri keçirilməsi nəzərdə tutulmuşdu.

XS
SM
MD
LG