Ukraynanın hərbi sözçüsünün bildirdiyinə görə, ölkənin şərqində dünəndən bəri davam edən döyüşlərdə 9 əsgər ölüb, 29 əsgər isə yaralanıb. Bu səbəbdən BMT-nin Siyasi Məsələlər İdarəsinin başçısı bölgədə baş verən zorakılıqları beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.
Ukrayna hərbi sözçüsü Vladislav Seleznyov deyib ki, şiddətli döyüşlər üsyançıların nəzarətində olan Donetskin şimal-şərqindəki Debaltsev şəhəri yaxınlığında gedir.
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman dünən çağırılan növbədənkənar iclasda deyib ki, keçən həftənin şənbə günü liman şəhəri Mariupoldakı üsyançılar mülki vətəndaşları qəsdən hədəf alıb. O habelə Rusiyaya müraciət edərək, separatçıları hücumları dayandırmağa çağırmasını istəyib.
Birləşmiş Ştatların BMT-dəki səfiri Samanta Pauer Rusiyanı ərazisini genişləndirmək istəməkdə ittiham edib və deyib ki, Ukrayna hökumətini zorakılıqlarda ittiham etməklə, Rusiyanın beynəlxalq ictimaiyyəti axmaq yerinə qoyduğunu deyib.