Accessibility links

Rusiya Kyivə raket zərbələri endirib


Təmizləmə qrupları 29 aprel 2022-ci il tarixində Ukraynanın paytaxtı Kiyevdə baş vermiş partlayış yerində işə hazırlaşır.
Təmizləmə qrupları 29 aprel 2022-ci il tarixində Ukraynanın paytaxtı Kiyevdə baş vermiş partlayış yerində işə hazırlaşır.

Ukrayna rəsmiləri Rusiyanı baş katib Antonio Quterreşin səfəri zamanı Kyivə raket zərbələri endirməkdə ittiham edib. Rusiya qüvvələrinin ölkənin şərqinə doğru çəkilməsindən sonra şəhərə edilən bu hücum paytaxtda vəziyyətin normala qayıtmasının qarşısını alıb.

Prezident Volodimir Zelenski Ukrayna qüvvələrəlinin Rusiyanın ölkənin cənub və şərqə doğru irəliləmək cəhdlərinin qarşısını aldığı bildirib. O, Mariupol şəhərində ilişib qalan insanların təhlükəsiz çıxışını təmin etmək səylərinin də davam etdirildiyini bildirib.

Rusiya cümə axşamı ölkənin bütün ərazilərində müxtəlif hədəflərə, o cümlədən paytaxt Kyivdə bir çoxmərtəbəli yaşayış binası və digər bir binaya zərbələr endirib. Hücumlar nəticəsində binalardan birində yaşayan Azadlıq Radiosunun jurnalisti Vira Hiriç həyatını itirib. Onun cəsədi cümə günü dağıntılar altında tapılıb.

Ukraynanın fövqəladə hallar xidmətinin məlumatına görə, hücum zamanı ən azı 10 nəfər yaralanıb.

Raket zərəbələrinə istinad edən Rusiyanın Müdafiə Nazirliyi cümə günü bildirib ki, Kyivdəki Artem müdafiə zavodunda "istehsal binaları" dağıdığılıb.

Kyivə hücum Zelenskinin Quterreşlə keçirdiyi mətbuat konfransından təxminən bir saat sonra baş verib. Quterreş səfəri zamanı Kyiv və ətraf əraziləri gəzərək dağıntılara baş çəkib və dinc əhaliyə hücumları qınayıb.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciəti zamanı deyib ki, “Bu, Rusiyanın qlobal institutlara həqiqi münasibəti, Rusiya hakimiyyətinin BMT-ni və təşkilatın təmsil etdiyi hər şeyi aşağılamaq cəhdləri haqqında çox şey deyir. Buna görə də müvafiq güclü reaksiya tələb olunur”.

Kyivin meri Vitali Kliçko bu hücumu Rusiya prezidenti Vladimir Putinin Quterreşə “orta barmağını” göstərməsi kimi dəyərləndirib.

XS
SM
MD
LG