Accessibility links

Ukrayna sakinlərin Rusiyanın refendumunda iştirak etməyə məcbur edildiyini deyir


Qərb ölkələri və Ukrayna bildirir ki, cümə günü Rusiyanın Ukraynanın işğal olunmuş dörd regionunu ilhaq etmək məqsədilə keçirilən referendumlarda səsvermənin saxta olduğunu deyir. Bəzi yerli rəsmilər seçicilərin qorxudulduğunu və hədələndiyini bildirib.

Luhansk, Xerson və bir hissəsi Rusiyanın nəzarətində olan Zaporijye və Donetsk bölgələrində cümə günündən çərşənbə gününədək planlaşdırılan səsvermədə, seçicilərdən həmin ərazilərin Rusiyanın tərkibində olmasını istəyib-istəmədiklərini soruşurlar.

Səsvermə Rusiyada da keçirilir ki, orada həmin ərazilərdən olan qaçqınlar və digər sakinlər də səsvermədə iştirak edə bilsin.

Qərb və Ukrayna səsvermənin neynəlxalq hüquq altında qanunsuz olduğunu deyir.

“Ukrayna ərazsində hər hansı seçki və ya referendum yalnız legitim səlahiyyətlilər tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar altında elan oluna və keçirilə bilər,” Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bəyanatında bildirib. “Beləliklə, planlaşdırılan “referendumlar” qanunsuz olacaq.”

Ukrayna rəsmiləri deyib ki, insanların səsvermə bitməyənədək işğal olunmuş əraziləri tərk etmələri qadağan olunub, silahlı qruplar insanların evinə gedib, onları səsvermədə iştirak etməyə məcbur edir, işçilərə isə səsvermədə iştirak etmədikləri təqdirdə işdən qovulacaqları bildirilir.

Luhanskın ukraynalı qubernatoru Serhiy Haidai deyib ki, Starobilsk şəhərində əhalinin şəhəri tərk etməsi qadağan olunub və insanlar evlərindən çıxıb, səs verməyə məcbur edilirlər.

“Bu gün Xerson əhalisi üçün ən yaxşı şey, qapılarını açmamaqdır,” Xerson bölgəsinin şura sədrinin didərgin düşən birinci müavini Yuri Sobolevski deyib.

Səsvermədən qısa müddət sonra gözlənilən referendum nəticələrinin Rusiyaya qoşulmağın lehinə olacağı gözlənilir.

“Biz evimizə qayıdırq,” Donetskin Rusiya tərəfdarı lideri Denis Puşilin deyib. “Donbas Rusiyadır.”

Ukrayna heç vaxt Rusiyanın hər hansı ərazisinə nəzarət etməsin qəbul etməyəcəyini deyir.

Referendumlar Ukrayna bu ayın əvvəlində əks-hücum nəticəsində ölkənin şimal şərqində böyük əraziləri geri ələ keçirəndən sonra tez bir zamanda təşkil olunub.

Bu dörd bölgəni öz ərazisinə birləşdirməklə Moskva onları geri almaq üçün edilən hücumları Rusiyaya qarşı hücum olaraq təsvir edə və mümkündür ki, bundan nüvə cavabını əsaslandırmaq üçün istifadə edə bilər.

Rusiya Prezidenti Vladimir Putin bu həftə televiziyada yayımlanan müraciətinsə deyib ki, Qərb Rusiyanı zəiflətməyə və məhv etməyə çalışır və onun ölkəni “Rusiya və bizim xalqınımızı müdafiə etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə” edəcək.

XS
SM
MD
LG