Accessibility links

Rusiya Ukraynanın Zaporijye bölgəsində kəndi ələ keçirdiyini bildirib


Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, ölkənin hərbi qüvvələri Ukrayna qüvvələrinin Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin ardınca ərazini bir ildən çox müddətdir geri almasından sonra Zaporijye regionunda Levadnoye kəndini ələ keçirib.

Rusiyanın Müdafiə Nazirliyi hərbi qüvvələrinin kəndi "azad etdiyini" və həmin ərazidə mövqelərini möhkəmlətdiyini bildirib.

Zaporijye qubernatoru İvan Fyodorov Telegram kanalında Rusiya qüvvələrinin ərazini atəşə tutduğunu bildirsə də, lakin nəzarətin dəyişdirilməsi barədə heç nə deməyib.

Rusiyanın 2022-ci ilin əvvəlində hərbi müdaxiləyə başladıqdan qısa müddət sonra ələ keçirdiyi Levadne Ukraynanın cənub-şərqində yerləşir.

Ukraynanın 2023-cü ilin iyununda hücumu nəticəsində Levadne və digər kəndlər yenidən Ukraynanın nəzarətinə qaytarılmışdı.

Forum

XS
SM
MD
LG