Accessibility links

Ukrayna BMT-nin Baş katibini qəbul edib


Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edir. Görüş Ukraynanın Rusiyanın enerji təchizatına embarqo qoyulmasına çağırdığı, ABŞ prezidenti Co Baydenin isə Ukraynaya hərbi, iqtisadi və humanitar yardım təklifi hazırladığı vaxta təsadüf edib.

Quterreş Rusiya qüvvələrinin ərazidən çəkilməsindən sonra mülki əhalinin cəsədlərinin aşkar edildiyi Buça da daxil olmaqla, Kyivin ətrafındakı əraziləri gəzib. Bu görüntülər mümkün müharibə cinayətlərinin araşdırılması üçün çağırışlara səbəb oldu və cümə axşamı Quterreş Rusiyanı araşdırmalar aparan Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırıb.

"Mən Beynəlxalq Cinayət Məhkəməsini tam dəstəkləyirəm və Rusiya Federasiyasına müraciət edirəm ki, məhkəmə ilə əməkdaşlıq etsin. Ancaq biz müharibə cinayətlərindən danışarkən, cinayətlərin ən pisinin müharibənin özü olduğunu unutmamalıyıq," Quterreş deyib .

Birləşmiş Millətlər Təşkilatının rəhbəri Ukraynaya gəldikdən sonra deyib ki, o, "humanitar dəstəyi genişləndirmək və mülki əhalinin münaqişə zonalarından təxliyəsini təmin etmək" istəyir. Bu mövzular bu həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər Naziri Sergey Lavrovla danışıqlarının bir hissəsi olub.

"Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır" Quterreş Twitterdə yazıb.

Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak cümə axşamı Rusiyanın əsas enerji sənayesinə embarqo tətbiq edilməsinin "vaxt məsələsi" olduğunu deyib.

Avropa dövlətləri Rusiya neft və qazından asılılığını azaltmaq və ya aradan qaldırmaq üçün addımlar atsalar da, Ukrayna rəsmilərinin embarqoya çağırışı ilə bəzi liderlər bu yolun nə qədər tez davam edəcəyi ilə bağlı ehtiyatlılıq ifadə edib.

Podolyak Twitterdə yazıb ki, Rusiyanın enerji təchizatından yayınmaq həm mənəvi məsələ, həm də Rusiyanın "dünyanın gözündə etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş olmaması" məsələsidir.

XS
SM
MD
LG