Accessibility links

Ukraynanın təxminən üçdə bir hissəsinə minalar yerləşdirilib


Ukraynanın təxminən üçdə bir hissəsinə minalar yerləşdirilib
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Ukraynanın təxminən üçdə bir hissəsinə minalar yerləşdirilib

Ukrayna hökumətinin dediyinə görə, ərazisinin təxminən üçdə bir hissəsinə minalar yerləşdirilib və müharibə başa çatdıqdan sonra minalardan təmizlənmə işlərinə on il və ya daha çox vaxt tələb oluna bilər.

Rusiyanın işğalından sonra, bir il ərzində Ukraynanın bəzi bölgələri nəhəng mina sahələrinə çevrilib.

Ukrayna hökuməti 2014-cü ildən bəri Rusiyanın piyada əleyhinə minaları ilə qarşılaşsa da, son hücumdan sonra minaların səviyyəsi narahatedici həddə çatıb.

ABŞ Dövlət Departamentinin “Silahların Təmizlənməsi və Azaldılması İdarəsi”ndən Maykl Tirre minaların miqyasından danışır. "Ukrayna hökuməti ərazisinin 174 min kvadrat kilometrinə - ölkənin təxminən üçdə bir hissəsinə - partlayıcıların yerləşdirildiyini təxmin edir."

ABŞ hökuməti Ukraynanın daha öncə işğal olunmuş ərazilərində minalardan təmizləmə səylərini dəstəkləmək üçün 91 milyon dollardan çox vəsait ayırıb. Avropa ölkələri də pul və xüsusi minatəmizləmə texnikası göndərir. Maykl Tirre: "Şəxsi qoruyucu avadanlıqlarınız, metal detektorlarınız, travma dəstləriniz, qrupları daşımaq üçün avtomobillər və təcili yardım maşınları - bütün bunlar uğurlu minalardan təmizləmə proqramının əsasını təşkil edir. Biz həmçinin mexaniki minatəmizləmə əməliyyatlarını dəstəkləyirik. Bunlar xüsusilə əkin sahələrinin minalardan təmizlənməsi üçün yararlı olan daha böyük minatəmizləmə maşınlarıdır."

"HALO Trust" kimi bir neçə qeyri-hökumət təşkilatı 2014-cü ildə Rusiyanın ilkin müdaxiləsindən bəri Ukraynanın minalardan təmizləmə səylərini dəstəkləyir. Lakin problem yaradan təkcə minalar deyil, həm də rusların istifadə etdiyi çox sayda artilleriyadır. "HALO Trust"dan Kris Vatli: "Onların Baxmut kimi yeni əraziləri zəbt etməyə çalışarkən, böyük miqdarda artilleriyadan istifadə etmək taktikaları eyni təsirə malikdir. Belə ki, bu, partlamamış mərmilər və minaatan mərmilərinin yerdə qalmasına səbəb olur."

Bu mina və mərmilərin çoxu Ukraynanın dəyərli əkin sahələrinə düşür. Ukrayna Kənd Təsərrüfatı Nazirliyi ölkənin əkin sahələrinin 30 faizində qədərinin ya ruslar tərəfindən işğal edildiyini, ya da minalar səbəbindən təhlükəli olduğunu deyir.

Avropa Komissiyasının məlumatına görə, dünyada həmin əkin sahələri dünyanın 10 faizindən çoxunu buğda, qarğıdalı və arpa ilə təmin edir.

XS
SM
MD
LG