Accessibility links

Rusiya Ukraynanın cənubunu atəşə tutur, şərqdə döyüşlər şiddətlənir


Regional hökumət orqanlarının bildirdiyinə görə, mayın 5-də Moskvanın Ukraynanın şərqinə hücumunun episentri Baxmutda şiddətli döyüşlərin getdiyi bir vaxt, Rusiya Ukraynanın cənubundakı Nikopol şəhərini gecə boyu atəşə tutub.

Dnipropetrovsk vilayət şurasının rəhbəri Mikola Lukaşuk güclü artilleriya atəşinin Nikopolda mülki və enerji infrastrukturunu məhv etdiyini bildirib.

Lukaşuk Telegram kanalında "İşğalçılar şəhər əhalisinin evlərini hədəfə alıb. On fərdi ev, bir bina, qaz sobaları, elektrik şəbəkələri dağıdılıb" yazıb.

Rusiya əsasən də Ukraynanın cənubunda azı 23 mülki şəxsin həlak olduğu Xerson vilayətinin azad edilmiş ərazilərini hədəfə almaqla, son günlər hücumlarını daha da intensivləşdirib.

Ukrayna ordusu Baxmutda son 24 saat ərzində Rusiyanın 60 hücumunu dəf edib. Baş Qərargah mayın 5-də açıqladığı gündəlik hesabatında bildirib ki, Rusiya şəhəri ələ keçirmək üçün cəhdlərini təkrar artırıb.

Baş Qərargah Rusiya qüvvələri taktiki mövqelərini yaxşılaşdırmağa çalışdığını və Baxmut yaxınlığındakı Maryinkada da şiddətli döyüşlərin qeydə alındığını bildirib.

Hərbçilərin dediyinə görə, Rusiya qüvvələri Zapirijye və Xerson vilayətlərində də bir sıra yaşayış məntəqələrini atəşə tutub.

Mayın 4-də axşam saatlarında Kyivdə pilotsuz təyyarənin hücumu şübhəsi ilə hava hücumu siqnalları verilib. Lakin Ukrayna Hərbi Hava Qüvvələri sonradan həyəcan siqnalına səbəb olan təyyarənin öz təyyarəsi olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG