Accessibility links

Yens Stoltenberq: Ukraynaya edilən hərbi yardım işğal olunmuş ərazilərin azad edilməsi perspektivlərini əhəmiyyətli dərəcədə artırıb


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Kyivin döyüşlərin episentri olan Baxmut şəhərində şiddətli döyüşlərin getdiyini bildirdiyi bir vaxt NATO-nun baş katibi Yens Stoltenberq aprelin 27-də deyib ki, müttəfiqlərin və tərəfdaşların Ukraynaya hərbi yardımı Rusiyanın əsassız hücumu başlayandan bəri işğal etdiyi ərazilərin azad edilməsi perspektivlərini əhəmiyyətli dərəcədə artırıb.

NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə açıqlama verən Stoltenberq bildirib ki, müttəfiqlərin vəd etdiyi döyüş maşınlarının "98 faizdən çoxu" artıq təhvil verilib.

"Bu, 1550-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən çox sayda sursat deməkdir" - deyə, Stoltenberq Lüksemburqun Baş naziri Haviyer Bettellə keçirdiyi mətbuat konfransında bildirib.

"Ümumilikdə biz Ukraynanın doqquzdan çox yeni zirehli briqadasının təlimlərini keçirmişik və onları təchiz etmişik. Bu, Ukraynanın işğal olunmuş ərazilərini geri almasının davamı üçün onu güclü mövqeyə qoyacaq" , Stoltenberq deyib.

Təlimlərdə neçə əsgərin iştirak etdiyi məlum deyil. Lakin Qərb ordusunda hər briqadada 3000-dən 5000-ə qədər əsgər var.

Bununla belə, alyansın rəhbəri Ukraynanın tərəfdaşları və müttəfiqlərindən aldığı "görünməmiş" hərbi dəstəyə baxmayaraq, "biz heç vaxt Rusiyanın gücünə önəm verməyə bilmərik" - deyə, o xəbərdarlıq edib.

O, Moskvanın itkilərinin çox yüksək olmasına baxmayaraq, o, minlərlə əsgər göndərməyə hazırdır" deyib.

Stoltenberq bəyanatlarını Kyivin havalar isindikdən və relyef yaxşılaşdıqdan sonra çoxdan gözlənilən əks-hücum əməliyyatına başlaya biləcəyi xəbərlərinin fonunda verib.

Rusiyanın Baxmutakı hücumuna rəhbərlik edən bədnam "Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojin aprelin 26-da deyib ki, Kyiv "qaçılmaz" adlandırdığı əks-hücum əməliyyatına çox güman ki, gələn ayın əvvəlində başlayacaq.

Ukrayna tərəfi Priqojinin bəyanatına şərh verməyib.

XS
SM
MD
LG