Rusiya hərbçilərinin bildirdiyinə görə, Ukrayna bu bölgəyə ardıcıl ikinci gündür ki, genişmiqyaslı gücumlar həyata keçirdiyi bir vaxt, bazar ertəsi iki ölkə sərhədi boyunca Kursk bölgəsi üzərində Ukraynaya məxsus 19 pilotsuz təyyarə vurub.
Kursk qubernatoru Telegram kanalında bölgədə pilotsuz uçuş aparatlarınin vurulduğunu bildirsə də, hər hansı dağıntı və tələfat barədə məlumat verməyib.
Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev Ukraynaya məxsus pilotsuz uçuş aparatı qırıntılarının kommunal infrastruktur obyektinə ziyan vurduğunu, lakin tələfat olmadığını bildirib.
Rusiya Müdafiə Nazirliyi Voronej səmasında ümumilikdə 3, Belqorod vilayətində 9, Bryansk üzərində 5 və Leninqrad üzərində 3 pilotsuz uçuş aparatının vurduğunu bəyan edib.
Rusiyanın 2022-ci ilin əvvəlində başladığı hərbi müdaxiləyə qarşı mübarizə aparmağa çalışan Ukrayna Rusiyadakı ərazilərə, xüsusən də Ukrayna-Rusiya sərhədi boyunca hava dronlarından istifadə edib.
Ukrayna ordusunun bazar ertəsi bildirdiyinə görə, Rusiya keçən gecə ərzində onun ərazisinə idarə olunan raket və 10 pilotsuz təyyarə ilə hücum edib.
Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri Dnepropetrovsk, Xerson və Kirovohrad vilayətləri üzərində bir raket və 9 pilotsuz təyyarə vurduğunu bildirib.
Forum