Accessibility links

Ukrayna Rusiya raketlərinin Xersonu hədəf aldığını deyir


Ukraynanın bildirdiyinə görə, çərşənbə günü Rusiyanın raket hücumları arasında cənubdakı Xerson şəhərinin mülki obyektləri də olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı keçən ay Rusiya qüvvələrinin çəkilməsindən sonra Ukraynanın geri aldığı Xersona 33 raket atıldığını bildirib.

Rusiya Ukraynada mülki insanları hədəf aldığını inkar edir.

Ukrayna hərbçiləri, həmçinin çərşənbə günü Baxmut şəhəri və şərqi Donbasın digər bölgələri ətrafında döyüşlərin getdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı bəyan edib ki, Qərb dövlətləri tərəfindən tətbiq edilən və bu ayın əvvəlində qüvvəyə minən neft qiymətinə məhdudiyyətlə razılaşan ölkələrə hər hansı neft ixracını qadağan edəcək.

Prezidentin hökumət portalında və Kremlin saytında dərc olunan fərmanına əsasən, "Əgər tədarüklərə dair müqavilələrdə birbaşa və ya dolayısı ilə qiymət həddi tətbiq edilərsə, Rusiya neftinin və neft məhsullarının xarici hüquqi və fiziki şəxslərə tədarükü qadağandır".

Reuters xəbər agentliyinin xəbərində deyilib ki, fərman "ABŞ, ona qoşulan xarici dövlətlər və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətlərinə" birbaşa cavab kimi təqdim edilib.

Neftiin qiymət həddi bu ilin əvvəlində Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Britaniya və ABŞ, eləcə də Avropa İttifaqı tərəfindən razılaşdırılıb. Reuters-in bildirdiyinə görə, bu, olduğu Yeddilər Qrupu (G-7) ölkələri, Avropa İttifaqı və Avstraliya tərəfindən tətbiq ediləcək.

Dekabrın 2-də razılaşma əldə edildikdən qısa müddət sonra Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyen "Bu qiymət həddi üç məqsəd daşıyır: Birincisi, sanksiyalarımızın təsirini gücləndirəcək. İkincisi, Rusiyanın gəlirlərini daha da azaldacaq. Üçüncüsü, eyni zamanda, qlobal enerji bazarlarını stabilləşdirəcək" deyib.

Buna baxmayaraq, Rusiya bu məhdudiyyətin Ukraynadakı hərbi kampaniyasına təsir etməyəcəyini və neft məhsulları üçün yeni alıcılar tapacağına əmin olduğunu bildirib.

Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiya qadağanın fevralın 1-dən iyulun 1-dək qüvvədə olacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG