Accessibility links

Rusiya ordusu Xersonun yaşayış məntəqələrini atəşə tutub, 17 nəfər ölüb


Rusiya qoşunları Xersonda yeganə fəaliyyət göstərən "Epicenter" hiper-marketini atəşə tutub. Şəhərin digər obyektləri, "ATB" supermarketi və dəmir yolu vağzalı da vurulub. Kütləvi atəş nəticəsində 12 nəfər həlak olub, 22 nəfər yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Öz növbəsində Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin Kyiv vaxtı ilə saat 18:00-a olan məlumatına görə, növbəti atəş nəticəsində daha bir şəhər sakini həlak olub, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, həmçinin Xerson sakinlərini cümə axşamı səhərə qədər sığınacaqlarını tərk etməməyə çağırıb.

Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko "Epicenter" hiper-marketinin atəşə tutulması barədə məlumat verib.

Klimenko "Onlar qurumun əməkdaşları və müştəriləridir. Bütün operativ xidmətlər yerindədir. Onlar insanlara yardım edir. Siz rusiyalı qatillərlə danışıqlar apara bilməzsiniz. Onlar ya cavab verməli, ya da məhv edilməlidirlər" yazıb.

Xersondan alınan məlumatda qeyd edilib ki, ruslar mülki infrastruktura və mülki əhaliyə zərbələri səhər saatlarında endirib. Hücum zamanı Stepanovka kəndi yaxınlığında qəza-bərpa işləri aparan 3 energetik həlak olub.

Tokarevka kəndində 47 yaşlı kişi öz evinin həyətində ölüb, İvanovkada isə 61 yaşlı yerli sakin yaralanıb.

Daha sonra rus ordusu Xerson dəmiryol stansiyasını atəşə tutub. İlkin məlumata görə, bir nəfər ölüb, üç nəfər yaralanıb. Bundan başqa, təcili yardım maşınına da ziyan dəyib, lakin həkimlər xəsarət almayıb.

Ukrayna qoşunları tərəfindən işğaldan azad edilən Xerson daim Rusiya ordusunun atəşi altındadır. Bundan əvvəl Ukrayna hakimiyyəti mayın 5-i axşamdan 8-i səhərədək Xersonda hərəkətin tamamilə qadağan ediləcəyini, şəhərin giriş-çıxışa qapadı olacağını bəyan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG