Accessibility links

Xarkiv - Ukraynalıların mərdlik simvolu


Xarkiv - Ukraynalıların mərdlik simvolu
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Rusiya sərhədindən 40 kilometr aralıda yerləşən Ukraynanın Xarkiv şəhəri Rusiyanın fevralın 24-də başladığı müharibənin əsas ağırlığını öz üzərinə götürüb. Ukrayna qüvvələri iki ay əvvəl Xarkiv vilayətini geri aldıqdan sonra bir vaxtlar xarabalığa çevrilmiş şəhəri yenidən bərpa edir. Bu şəhər indi ukraynalıların mərdlik simvolu sayılır.

Bu xarabalıqlar Xarkiv şəhəri sakinlərinin ən sıx məskunlaşdığı yaşayış məntəqələrindən biri olan Saltivkaya aiddir. Saltivkanın şimal hissəsi Rusiya ilə sərhəddən təxminən 40 kilometr aralıda yerləşir. Burada dağılmamış ev tapmaq mümkün deyil. Fevralın 24-də işğal başlayandan bəri şəhərin bu ərazisi Rusiyanın top atəşinə ən çox məruz qalmış ərazisi olub.

Şəhərin sakini, müharibədən əvvəl fərdi sahibkar olan Viktor Monaxov Rusiyanın genişmiqyaslı hücumu başlayan kimi könüllü olub. O da digərləri ilə birlikdə Şimali Saltivkadan insanları təxliyə edib. O, Rusiya prezidenti Vladimir Putinin rus işğalçılarını "azadlıq qardaşları" kimi göstərməsinə rişxənd edir. "Bunlar uzaqda yerləşən evlərdir, onların damından Rusiya Federasiyası ilə sərhədi görmək olar. Ərazini bombalayan ilk raketlər məhz oradan atılıb. Düşünürəm ki, siz "qardaş sevgisi"nin nəticələrini görə bilirsiniz."

Ukrayna ordusu sentyabrda Xarkiv vilayətini geri alsa da, dəhşət bitmək bilmir, atışma davam edir. Viktor Monaxov: "Ruslar dayana bilməz. Üstəlik, infrastruktur zədələnir. Hələ də bitməyib və təəssüf ki, tam qələbəyə qədər davam edəcək".

Oleksiy ailəsi ilə birlikdə Saltivka rayonunda yaşayırdı. O, biznesini Rusiyanın hücumu zamanı itirib. "Bu mənim mağazam idi. Uşaq paltarları satırdım. İlk günlər bura vuruldu. Bu bazar tamamilə yandı".

Oleksiy indi Ukrayna ordusuna və Xarkiv sakinlərinə Rusiya işğalı ilə mübarizədə könüllü olaraq yardım edir.

Şəhər sakinləri Xarkivin Rusiya sərhədinə yaxın yerləşməsi və Şərq qalası rolunun bədəlini ödəyir. Havadan təhdidlər qalmaqdadır. Vladislav: "Hava hücumundan müdafiənin təmin edilməsində çox böyük çətinliklər var. Raketlər və reaktiv yaylım atəşləri ilə bağlı real təhlükə qarşısındayıq".

Xarkiv Ukraynanın ikinci ən böyük şəhəridir və tarixən onun sakinlərinin Rusiya ilə bağlı fikirləri müsbət olub. Lakin bu 2014-cü ildə, Donbasdakı müharibə və Krımın ilhaqı ilə dəyişməyə başlayıb. 2022-ci ildə Rusiyanın amansız işğalı nəinki şəhərin çox hissəsini, həm də qalan xoş niyyətini məhv edib.

XS
SM
MD
LG