Accessibility links

Ukrayna Rusiya ilə 9 humanitar dəhlizin açılması ilə bağlı razılıq əldə edildiyini bildirib


Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib ki, mühasirədə olan Mariupol liman şəhəri da daxil olmaqla, dinc əhalinin təxliyəsi üçün bir neçə şəhərdən 9 humanitar dəhlizin açılması ilə bağlı Rusiya ilə razılıq əldə edilib.

Vereşuk Telegram kanalında yayımladığı bəyanatda aprelin 14-nə olan təxliyə marşrutlarının bir hissəsinin Berdyansk, Tokmak və Enerhodar, digər hissəsinin isə şərqdəki Luqansk bölgəsində açılaçağını yazıb. O həmin dəhluzlərin yalnız işğalçı Rusiya qüvvələrinin atəşi dayandırdığı təqdirdə fəaliyyət göstərəcəyini bildirib.

Ukrayna Mariupolda on minlərlə insanın öldürüldüyünə inandığını bildirir və Rusiyanı həftələrdir şəhərdə qapalı qalan mülki vətəndaşlara yardım çaydırmağa çalışan yardım karvanlarına mane olmaqda günahlandırır.

Ukrayna hakimiyyəti ölkənin şərqin yaşayan mülki əhalini Rusiya qüvvələrinin gözlənilən hücumundan əvvəl bölgəni tərk etməyə çağırıb.

Aprelin 8-də Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına edilən raket hücumu mülki əhalinin qaçması çağırışları daha böyük aktuallaşdırıb. Stansiya müharibədən qaçmağa çalışan qadınlar, uşaqlar və qocalarla dolu olub.

Rusiyanın səbəbsiz müharibəsi Ukraynanın 44 milyon əhalisinin təxminən dörddə birini evlərindən didərgin salıb, bir çox şəhəri xarabalığa çevirib, minlərlə insanı ölüb və ya yaralayıb.

Bu arada İrlandiyanın xarici işlər naziri Saymon Koveni ölkəsinin Ukraynaya dəstəyini müzakirə etmək üçün aprelin 14-də Kiyevə səfər edir.

Koveni Ukrayna paytaxtında Rusiyanın işğalından birbaşa təsirlənən ərazilərə baş çəkəcək, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikovla görüşəcək.

O, BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Kyivə səfər edən ilk xarici işlər naziridir.

XS
SM
MD
LG