Kyiv və Moskva arasında hərbi əsir mübadiləsi olub - 95 nəfər Ukraynaya, 94 nəfər Rusiyaya qayıdıb.
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermakın dediyinə görə, Kyiv 2 zabit də daxil olmaqla, 95 hərbçini geri qaytarıb. Onlara Mariupolda, Çernobıl Atom Elektrik Stansiyasında (Azovstalın müdafiəçiləri), İlan adasında və Baxmut yaxınlığında əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, Milli Qvardiyanın hərbçiləri və sərhədçiləri daxildir.
"Biz həmçinin Mariupola, mühasirəyə alınmış Azovstal-a vertolyotla uçan xüsusi əməliyyat iştirakçılarının geri qaytarılmasına nail olduq" - deyə, Yermak bildirib. Onun sözlərinə görə, mübadilə edilənlər arasında çox sayda yaralı var.
Rusiya Müdafiə Nazirliyi də öz növbəsində "danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 94 rusiyalı hərbçinin Kyivin nəzarətində olan ərazidən geri qaytarıldığını" bildirib.
Ukraynanın tərəfində döyüşən "Rusiya Könüllülər Korpusu" (RKK) əsir götürülmüş keçmiş "Vaqner" muzdlusunun mübadilədən imtina etdiyini və RKK-yə qoşulmaq istədiyini nümayiş etdirən video yayımlayıb. Belə təkliflə müraciət olunan digər məhbuslar istək ifadə etməyib. Muzdlulardan ibarət "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin Vladislav İzmaylovun həqiqətən işə həbsxanadan götürüldüyünü təsdiq edib. Priqojin onu satqın adlandırıb.
Əvvəlki irimiqyaslı məhbus mübadiləsi mayın 25-də qeydə alınıb. Daha sonra 106 əsgər Rusiya əsirliyindən Ukraynaya qayıdıb.