Accessibility links

Ukrayna Rusiyanın son hava hücumlarında 100 drondan istifadə etdiyini bildirir


Ukrayna ordusunun bazar ertəsi bildirdiyinə görə, Rusiya qüvvələri keçən gecə ərzində ölkə daxilindəki əraziləri 100 pilotsuz uçan aparatla hədəf alıb.

Ukrayna Hərbi Hava Qüvvələri əksəriyyəti Çerkası, Xmelnitski və Kyiv vilayətləri üzərində olmaqla, 66 PUA-nı vurduğunu bildirib.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələri Çernihiv, Dnepropetrovsk, Xarkiv, Kirovohrad, Mikolayiv, Poltava, Rivne, Ternopıl və Jitomir üzərində də vurub.

Xerson qubernatoru Oleksandr Prokudinin Telegram kanalında bildirdiyinə görə, Rusiyanın hücumları Xerson şəhərində yaşayış binalarını vurub, azı iki nəfər ölüb.

Xarkiv rəsmiləri Rusiyanın idarə edilən bombalardan və mərmilərlə zərbələr endirdiyini, yaşayış binasına və bir evə ziyan vurduğunu bildirib.

Xarkiv meri İqor Terexov Telegram kanalında bildirib ki, şəhərin üç rayonuna edilən hücumlar nəticəsində azı 13 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, gecə hücumları zamanı Ukraynanın 21 PUA-sı məhv edilib.

Nazirlik Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin Belqorod vilayəti üzərində 13, Byransk üzərində 6, Voronej üzərində 1, Kursk üzərində 1 dronu məhv etdiyini bəyan edib.

Voronej qubernatoru Aleksandr Qusev dronların iki müəssisəyə ziyan vurduğunu və iki nəfərin yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG