Accessibility links

Ukrayna bir neçə bölgədə Rusiyanın pilotsuz təyyarələrini məhv edib


Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiyanın gecə saatlarında bir neçə bölgəyə hücumları zamanı istifadə etdiyi 17 pilotsuz uçuş aparatını məhv edib.

Ukrayna ordusunun dediyinə görə, Rusiya Nikolayiv, Zaporijye, Sumı və Dnepropetrovsk vilayətlərini hədəf alan hücumlar zamanı ümumilikdə 22 pilotsuz uçuş aparatından istifadə edib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak bölgə üzərində vurulan üç pilotsuz təyyarədən birinin qalıqlarının binalara və avtomobillərə ziyan vurduğunu və otluqda yanğına səbəb olduğunu bildirib.

Lısak Rusiyanın bölgəni atəşə də tutduğunu, lakin itki olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı səhər saatlarında Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın qərbindəki Bryansk vilayəti üzərində Ukraynanın bir neçə pilotsuz təyyarəsini vurduğunu bildirib.

Rusiyanın bildirdiyinə görə, cümə axşamı Qara dənizdə patrul gəmisinə edilən hücumu dəf edib və beş pilotsuz qayığı məhv edib.

Rusiya Müdafiə Nazirliyi Telegram kanalında nəzarətində olan Krım üzərində Ukraynanın 11 pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Bu, Ukrayna raketinin Krımdakı strateji gəmiqayırma zavodunu vurması nəticəsində 24 nəfərin yaralanması və təmirdə olan iki gəminın zədələnməsindən bir gün sonra baş verib.

Forum

XS
SM
MD
LG