Accessibility links

Müəllimlər, İT mütəxəssisləri və fermerlər bu gün Ukraynada ön cəbhədədir


Müəllimlər, İT mütəxəssisləri və fermerlər bu gün Ukraynada ön cəbhədədir
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Müəllimlər, İT mütəxəssisləri və fermerlər bu gün Ukraynada ön cəbhədədir

Müharibədən əvvəl onların gördüyü işin ordu ilə heç bir əlaqəsi yox idi, lakin bu gün onlar Rusiya qüvvələrini Ukraynanın Donbas bölgəsindən çıxarmaq üçün döyüşən könüllülərdir.

Onların vəzifəsi zirehli texnikadan mümkün qədər tez enmək və səngərlərdə döyüş mövqelərini tutmaqdır. Bu, sadəcə təlimdir. Lakin bu döyüşçülər artıq ön cəbhələrdə döyüşüb.

Təhlükəsizlik səbəbi ilə soyadını açıqlamayan 40 yaşlı Vasil deyir ki, Baxmut yaxınlığındakı kənddə kiminsə tərk edilmiş evi onlar üçün ikinci ev olub. O, 2022-ci ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinə könüllü gəlməmişdən əvvəl Lviv vilayətində musiqi müəllimi olub. O, tələbələrindən məktublar və rəsmlər alır. "Dünən şagirdlərimin mənim üçün hazırladıqları rəsmlər və yeməklə dolu bağlamanı aldım. Çox vaxt onlar məktublarında nə vaxt qayıdacağımı soruşurlar. Bu məndən asılı deyil, mən müharibə qurtaranda qayıdacağam".

Vasilinin yoldaşlarından biri Çerniqovdan olan 39 yaşlı Artyomdur. Artyom əvvəllər İT biznesi ilə məşğul olurdu. Keçən ilin may ayında o, könüllü olaraq cəbhə bölgəsinə gedib. O vaxtdan bəri, demək olar ki, davamlı atəşlər onun gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin hər dəfə yoldaşlarından birinin yaralanması onu sarsıdır. Artyom: "Bu, hər an baş verə bilər. Bu yaxınlarda biz ən yaxşı oğlanlarımızdan bir neçəsini itirdik".

Lviv vilayətindən olan 29 yaşlı fermer Oleq də belə düşünür. O, əvvəl Rusiyanın müdaxiləsinin baş verdiyinə inanmadığını deyir. "Mən zorakılığa qarşıyam. Müharibənin başladığı haqda məlumatlar veriləndə belə, mən `toxum əkmək vaxtı gəlir, hansı müharibə başlaya bilər?` deyirdim".

Müharibədən əvvəl fermer olan Andriy orduya 2022-ci ilin martında könüllü kimi qoşulub. O, bu ilin əvvəlində qəlpə yaraları alsa da, hazırda yenidən cəbhə xəttindədir. "Mən bizi qorumaq və düşməni sərhədin o biri tərəfinə atmaq istəyirəm ki, uşaqlarımız və nəvələrimiz əvvəllər yaşadığımız normal dinc həyatı itirməyin nə olduğunu bilməsinlər."

Bu insanların hamısının ən böyük arzusu müharibədə qalib gəlib ailələrinin yanına qayıtmaqdır.

XS
SM
MD
LG