Accessibility links

Kyiv Krımı geri almaq niyyətindədir


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qara Dəniz Təhlükəsizliyi Konfransında çıxış edir
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qara Dəniz Təhlükəsizliyi Konfransında çıxış edir

Ukrayna cümə axşamı Rusiyanın qoşunlarını Moskvanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımdan və keçən il Ukraynanın şərqindəki digər ərazilərdən çıxarılmasını tələb etmək niyyətində olduğunu bildirib.

Video vasitəsilə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Qara Dəniz Təhlükəsizliyi Konfransında çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya təcavüzünün "Avropanın ortasında qanayan yara" olduğunu deyib və beynəlxalq səviyyədə tanınan Ukrayna sərhədlərinə hörmətlə yanaşılmalı olduğunu bildirib.

"Bizi BMT Nizamnaməsi prinsipləri və Krımın Ukrayna olduğu, Ukraynanın nəzarəti altına qayıdacağına dair inam birləşdirir" - deyə, Kuleba bildirib.

Rumıniyanın paytaxtında keçirilən konfransda iştirak edən 50 ölkənin nümayəndəsinə müraciət edən Kuleba "Dünyanın istənilən yerində kiminsə Krımın hansısa şəkildə xüsusi bir yer olduğunu və ərazimizin hər hansı digər hissəsi kimi Ukraynaya qaytarılmamalı olduğunu eşidəndə siz bir şeyi bilməlisiniz: Ukrayna bu bəyanatlarla qəti şəkildə razılaşmır" deyib.

Keçən il müharibənin ilkin mərhələlərində Moskva bütün Ukraynanın nəzarətini ələ keçirə bilməsə də, şərqdəki sənayeləşmiş ərazidə şiddətli döyüşlər gedir. Rusiya Krımı və Ukraynanın şərqindəki bəzi bölgələrin nəzarətini əlində saxlamaqda davam edir.

Rusiya keçən ilin sentyabrında Donetsk, Xerson, Luhansk və Zaporijye vilayətlərini ilhaq etdiyini iddia etsə də, həmin bölgələrdəki bütün ərazilərə nəzarət etmir.

Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi, Ukrayna taxılının, Rusiya taxılı və gübrələrinin ixracı üçün bir neçə dəfə razılıq əldə edilsə də, sülh danışıqlarından əsər-əlamət yoxdur.

XS
SM
MD
LG