Accessibility links

Hüquq müdafiəçiləri ukraynalı uşaqların Rusiyaya "məcburi köçürülməsinə" qarşı tədbirlər görülməsinə çağırır


Hüquq müdafiəçiləri ukraynalı uşaqların Rusiyaya "məcburi köçürülməsinə" qarşı tədbirlər görülməsinə çağırır
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Hüquq müdafiəçiləri ukraynalı uşaqların Rusiyaya "məcburi köçürülməsinə" qarşı tədbirlər görülməsinə çağırır

Hüquq müdafiəçiləri on minlərlə ukraynalı uşağın Rusiyaya "məcburi köçürülməsinə" qarşı tədbirlər görülməsinə çağırıb. Lakin bəzi ukraynalı ailələr üçün bu iddia edilən cinayətlər müharibədən sağ çıxmaq üçün keçməli olduqları mürəkkəb zorakılıq torunun sadəcə bir hissəsidir.

2022-ci ilin fevralında Rusiya İrina Qrinçenkonun Ukraynanın Xarkiv vilayətindəki şəhərini bir gecədə ələ keçirdi. "Biz yuxudan oyandıq, Rusiya rəhbərlik edir" deyib.

Döyüşlər davam etdi və Rusiya rəsmiləri valideynlərə uşaqların uzaq düşərgələrə təxliyə edilə biləcəklərini, orada günəş altında oynayacaqlarını və oxuyacaqlarını bildirdi. İrina Qrinçenko: "Əvvəlcə fikirləşdim ki, uşaqlarım çoxdandır dənizi görməyib. İstəyirdim ki, onlar [müharibədən] uzaq olsunlar və yeni dostları olsun".

O, uşaqların cəmi 24 gün olmayacaqlarını düşünürdü. Lakin həftələr aylara çevrildi və bir gün oyandı ki, Ukrayna onun şəhərini geri alıb. De-fakto sərhədi dəyişmişdi və indi o, qızlarının olduğu ölkədən fərqli bir ölkədə idi."Polşadakı qohumlarımız mənfi cavab verdilər və dedilər ki, "Əgər onları dərhal geri almasanız, bir daha geri ala bilməyəcəksiniz". Onlar uşaqların Ukraynaya qayıda bilməyəcəyindən qorxurdu".

Qrinçenko valideynlərə övladlarını fərdi qaydada geri qaytarmaq üçün Ukraynadan Rusiyaya uzun və mürəkkəb yol getmələrinə yardım edən "Ukraynanı xilas et" qrupuna müraciət etdi. Ukrayna hökuməti Rusiyanın yeni və ya daha əvvəl işğal olunmuş bölgələrdən 19 mindən çox uşaq apardığını bildirib. Məlum olduğuna görə, onlardan 400-dən azı vətənə qayıdıb.

Rəsmilər deyirlər ki, məqsəd uşaqlara onların ukraynalı kimliyini yadlarından çıxarmaqdır. “Ukraynanı xilas et” təşkilatından Mikola Kuleba: "Onları rus mahnılarını, rus himnini oxumağa, rus məktəblərinə getməyə məcbur edirlər. Onlara xüsusi dərslər keçilir. Onlarla təbliğat aparırlar. Onlara hər zaman Ukrayna haqqında pis şeylər - "heç vaxt geri dönməyəcəksiniz. Siz Ukraynada heç kimə, nə valideynlərinizə, nə də ölkənizə lazım deyilsiniz. Onları unudun. Biz sizə Rusiya vətəndaşlığı verə bilərik və siz burada xoşbəxt olacaqsınız".

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın ukraynalı uşaqların Rusiyaya "qanunsuz deportasiyası"na görə həbs edilməsinə order verib.

Lvova-Belova uşaqların humanitar səbəblərdən xilas edildiyini deyir və cinayət ittihamlarını "sui-qəsd" adlandırır. Moskva uşaqların oğurlanmasını inkar edir və onların təhlükəsizlikləri üçün aparıldığını deyir. Lvova-Belova uşaqları münaqişə bölgələrindən çıxarmağa davam edəcəyinə söz verib.

Ukraynaya qayıdan uşaqlar üçün evlərinə qayıtmaq həm sevindirici, həm də kədərlidir. "Mən bu qədər dağıntı olacağını gözləmirdim" - deyə, Rusiyadan qayıdan Nastya bildirir.

Aprelin sonlarında Avropa Şurası yetimlərin, əlillərin, valideynlərin müşayiəti ilə olan uşaqların və "tətil" adı ilə aparılan və heç vaxt geri qayıtmayan bütün ukraynalı uşaqların Rusiyaya "məcburi köçürülməsinə" qarşı tədbir görülməsinə çağıran qətnamə layihəsini dərc edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG