Accessibility links

Buça və İrpin müharibədən bir il sonra


Buça və İrpin müharibədən bir il sonra
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Buça və İrpin müharibədən bir il sonra

Rusiya Ukraynaya genişmiqyaslı hücumunu başlayanda onun qüvvələri paytaxt Kyivə yaxınlaşaraq, İrpin və Buçada münaqişənin ən dəhşətli qırğınlarını törətdi.

Dünyanın Kyiv vilayətinin azad edilmiş ərazilərində Rusiyanın vəhşiliklərinin ilk görüntülərini görməsindən bir il keçib. Biz Rusiyanın Kyiv bölgəsində işğal etdiyi və ən çox zərər görmüş yerlərə - oradlara həyatın necə olduğunu görmək üçün İrpinə və Buçaya qayıtdıq.

Olha və Slava Ovçarenkolar İrpin sakinləridir. Biz onlarla keçən ilin aprel ayında, evakuasiya edildikdən sonra geri qayıtmaq qərarına gələndən sonra görüşdük. Bu gün onlar dəyişmiş, lakin daha normal həyata qayıdır. Slava Ovçarenko: "Bir çox binalar yenidən tikilib, çox sayda insan geri qayıdıb. Əhval-ruhiyyəmiz yaxşılaşır, baharı gözləyirik. Baharda təbiət xarabalıqları örtəndə, daha da yaxşı olacaq. Qorxumuz yoxdur, dəqiq planlarımız var. Əgər daha bir hücum olsa, biz artıq nə edəcəyimizi bilirik. Biz artıq belə bir vəziyyətdən çıxmışıq".

Olha Ovçarenko: "Biz qayıtdıqda burada heç kim yox idi. İndi az-çox, demək olar ki, var və nəsə etmək istəyi də var."

İrpin Kyiv vilayətinin ən çox dağıdılan yerlərindən biri idi. Bu gün şəhər həyatla dolu olsa da, müharibənin yaraları təzə olaraq qalır.

10 dəqiqəlik yoldan sonra qonşu Buça şəhərinə daxil oluruq. Buçanın Yablunska küçəsi müharibənin ən böyük faciələrindən birinə səhnə olub. 2022-ci ilin martında Ukrayna qüvvələrinin Kyiv bölgəsini Rusiya işğalından azad etməsindən sonra dünya boyu milyonlarla insanın gördüyü ilk görüntülər bu yerdən olub.

İnsan cəsədləri ilə dolu uzun bir küçə. İndi bu vəhşiliklər "Bucha qırğını" adlanır. Natalya Zelena bu küçədə yaşayır. O, bütün bunların şahidi olub. "Bu, ölüm yoludur. Burada baş verənlər dəhşətlidir. Uşağımın xaç atasının güllələnmiş cəsədi burada, sütunun yanında idi. Burada cəsədlər var idi. Yolda da var idi."

Volodimir Predko da Buçada rus işğalından sağ çıxıb. "Buranın hər tərəfi dağıntılarla, güllələrlə dolu idi. Küçələrdə gəzmək qorxulu idi. Aprelin 1-də küçəyə çıxdım və gördüm ki, bizim [ukraynalı] piyada döyüş maşınlarımız artıq yoldadır. Sevinirdik. İnsanlar küçəyə çıxmağa başladı".

İndi, o faciəli hadisədən bir il sonra bu şəhərdə insanlar yaşamağa və sağalmağa davam edir. İnsanların üzündə təbəssüm görmək olur. Lakin onların gözlərində hələ də ağrı çoxdur.

XS
SM
MD
LG